Foreks bazarının həftəlik təqvimi və analitikası 20.02.2023 - 26.02.2023
Ötən həftə maliyyə bazarlarında nisbi aktivlik müşahidə olundu. ABŞ iqtisadi göstəriciləri iqtisadiyyatın artım istiqamətində davamlı addımladığını göstərir.
Cari həftə bəzi ölkələr üzrə inflyasiya göstəriciləri açıqlanacaq. Eyni zamanda Türkiyə Mərkəzi bankı və Yeni Zelandiya Ehtiyat bankı faiz dərəcəsi ilə bağlı qərarlarını elan edəcəklər.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
21 fevral
12:30 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (fevral)
14:00 – Almaniya – İqtisadi əhval-ruhiyyə indeksi ZEW (fevral)
22 fevral
11:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (fevral)
13:00 – Almaniya – Biznes mühiti indeksi İFO (fevral)
23 fevral
14:00 – İstehlakçı Qiymət İndeksi (yanvar)
24 fevral
11:00 – Almaniya – Ümumi Daxili Məhsul göstəricisi (4-cü rüb)
Fevral ayının əvvəlindən avro dollara nisbətdə dəyər itirib. Lakin bu ucuzlaşmanın müvəqqəti xarakter daşıdığı ehtimal olunur. Belə ki, AMB-nın stabil iqtisadiyyat fonunda uçot faiz dərəcəsinin artırılması istiqamətində atacağı addımlar avronun uzun müddətli artım proqnozlarını gücləndirir.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1.0830, 1.1030
- eniş hədəfləri 1.0550, 1.0400
21 fevral
13:30 - İstehsal sektorunda Biznes Aktivliyi İndeksi
13:30 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi
Funt ötən həftəni dollara nisbətdə neytrallıqda tamamlayıb. Ötən həftə açıqlanan pərakəndə satışların həcmində 0.5% artım müşahidə olunsa da, bu göstərici funtun bahalaşması üçün kifayət qədər təkan verməyib.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1.2270, 1.2470
- eniş hədəfləri 1.1850, 1.1660
22 fevral
23:00 – FOMS toplantı protokolunun dərci
23 fevral
17:30 – Ümumi Daxili Məhsul göstəricisi (4-cü rüb)
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
20:00 – Xam neft ehtiyatları
Dolların kursu 6 həftəlik maksimum səviyyəsinə yüksəlib. Belə ki, müsbət istiqamətdə açıqlanan bəzi iqtisadi göstəricilər FES-in faiz artımı istiqamətində siyasətinin davam etdirəcəyi ehtimalını gücləndirdi. Dollar indeksi ilə bərabər ABŞ xəzinə istiqrazlarının da dəyəri yüksəlib.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 104.50, 105.50
- eniş hədəfləri 102.50, 101.50
21 fevral
17:30 – İstehlakçı Qiymət Baza İndeksi (yanvar)
17:30 – Pərakəndə Satış Baza İndeksi (dekabr)
Kanada Dolları ötən həftə dollara nisbətdə güclənsə də, həftənin son iş günü öz mövqeyini qismən itirib. Hazırda USD/CAD cütlüyü lokal intervalda önəmli səviyyə sayılan 1.3470 səviyyələrində ticarət olunur.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1.3580, 1.3720
- eniş hədəfləri 1.3350, 1.3250
21 fevral
04:30 – Pul-kredit siyasəti ilə bağlı protokol dərci
Avstraliya dolları ötən həftə dollara nisbətdə zəif mövqe sərgiləyib. Belə ki, Avstraliya Dolları 0.6% dəyər itirərək yanvarın 6-da qeyd olunan minimum səviyyəsinə qədər ucuzlaşıb.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 0.6980, 0.7150
- eniş hədəfləri 0.6880, 0.6680
22 fevral
05:00 – Yeni Zelandiya Ehtiyat bankının faiz dərəcəsi ilə bağlı açıqlaması
06:00 - Yeni Zelandiya Ehtiyat bankının mətbuat konfransı
Yeni Zelandiya dolları ötən həftə dollara nisbətdə zəif mövqedə çıxış edib. Cari həftə Yeni Zelandiya Ehtiyat bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlamalıdır və ehtimallara görə faiz dərəcəsi 50 baza vahidi qədər artırılacaq.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 0.6390, 0.6450
- eniş hədəfləri 0.6150, 0.6050
23 fevral
15:00 – Overnight üzrə faiz dərəcəsi (yanvar);
15:00 – Həftəlik REPO faiz dərəcəsi (yanvar)
Cari həftə Türkiyə Mərkəzi bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Hazırda Türkiyədə yaşanan fəlakətlə bağlı cari ayda faiz dərəcəsi ilə bağlı hər hansı bir dəyişikliyin gözlənilməyəcəyi ehtimal olunur. Lakin ümumilikdə cari il ərzində faiz dərəcəsinin daha da azaldılması hədəflənib.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 19.2000, 19.5000
- eniş hədəfləri 18.3000, 18.0000
Qızl bazarında ötən həftə qeyri-stabillik müşahidə olunub. Belə ki, Rusiya Maliyyə nazirliyinin açıqlamasına görə, yanvar ayında 1.76 trilyon rubl həcmində büdcə kəsrlərini tənzimləmək üçün qızıl ehtiyatlarının bir qismini satışa çıxarıb. Satış həcmi 3.6 ton təşkil edib. Digər tərəfdən, Türkiyə höküməti ölkədə baş verən təbii fəlakətlə bağlı bir müddətlik qızıl idxalını müvəqqəti dayandırmaq niyyətindədir.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1890.00, 1935.00
- eniş hədəfləri 1800.00, 1760.00
Ötən həftə açıqlanan məlumatlara görə, Hindistan Səudiyyə Ərəbistan və İraqdan aldığı neftin həcmini günlük 700 min barel azaldıb. Eyni zamanda, Rusiyadan alınan neftin həcmini yüksəldib. Digər tərəfdən isə, Avropada Rusiya neftini əvəzləmək məqsədilə Ərəbistan körfəzindən nəql olunan neftin həcmi artırılıb. Beynəlxalq Enerji Agentliyi Çin iqtisadiyyatının bərpası ilə dünya üzrə neftə olan tələbatın yüksələcəyini proqnozlaşdırır.
Cari həftənin gözləntiləri: (Brent)
- artım hədəfləri 86.00, 90.00
- eniş hədəfləri 79.00, 75.00
Cari həftənin gözləntiləri: (WTI)
- artım hədəfləri 80.00, 85.00
- eniş hədəfləri 73.00, 68.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.