Foreks bazarının həftəlik təqvimi və analitikası

Ötən həftə AMB gözləndiyi kimi faiz dərəcəsini 75 baza vahidi qədər yüksəltsə də,

Kanada bankı gözləntinin altında 75 əvəzinə 50 baza vahidi qədər artırdı.

Yaponiya bankı isə yenidən gözləmə mövqeyində qalaraq faiz dərəcəsini dəyişmədi.

Cari həftədə İngiltərə, Amerika, Avstraliya və Yeni Zelandiya mərkəzi bankları faiz dərəcəsi ilə bağlı göstəriciləri açıqlayacaq.

Eyni zamanda, ABŞ əmək bazarından gözləntilər açıqlanacaq.

UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

31 oktyabr

14:00 – İstehlakçı Qiymət indeksi (oktyabr).

02 noyabr

12:55 – Almaniya – İşsizlik göstəricisi (oktyabr);

12:55 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (oktyabr).

03 noyabr

12:05 – AMB-nın sədri Laqardın çıxışı.

04 noyabr

13:30 – AMB-nın sədri Laqardın çıxışı.

AMB ötən həftə gözlənildiyi kimi faiz dərəcəsini 75 baza vahidi qədər yüksəltdi.

Bu göstəricinin fonunda avro 0.7% dəyər itgisi yaşadı.

Bank əsas hədəfi olan inflyasiyanın 2%-ə endirilməsi istiqamətində növbəti faiz artımlarını davam etdirmək niyyətindədir.

Qeyd edək ki, avrozona hələ də yanacaq böhranının təzyiqi altında əziyyət çəkir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0200, 1.0400

- Eniş hədəfləri: 0.9850, 0.9700

Böyük Britaniya

01 noyabr

13:30 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (oktyabr).

03 noyabr

13:30 – Xidmət sektorunda Biznes Aktivliyi indeksi (oktyabr);

16:00 – İngiltərə bankının Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması (noyabr);

16:30 – İngiltərə bankının sədri Beylinin çıxışı;

18:15 – İngiltərə bankının sədri Beylinin çıxışı.

04 noyabr

13:30 – Tikinti sektorunda Biznes Aktivliyi indeksi (oktyabr).

İngiltərə bankı cari həftə faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və gözləntilərə görə bank bu toplantıda faiz dərəcəsini 75 baza vahidi qədər qaldıra bilər.

Bankın faiz dərəcəsi ilə bağlı əsas hədəfi 4.75 % təşkil edir.

Hazırda ölkənin iqtisadi artımında ləngimə müşahidə olunduğu üçün növbəti aylarda inflyasiya göstəricisinin 10% səviyyəsində qalması ehtimal olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1900, 1.2270

- Eniş hədəfləri: 1.1350, 1.1050

ABŞ

01 noyabr

18:00 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (oktyabr);

18:00 – JOLTS əmək bazarında yeni iş yerlərinin sayı (sentyabr).

02 noyabr

16:15 – Qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayı - ADP (oktyabr);

18:30 – Xam neft ehtiyatları;

22:00 – FES-in Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması;

22:30 – FOMS-un mətbuat konfransı;

03 noyabr

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

04 noyabr

16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayı;

16:30 – İşsizlik göstəricisi (oktyabr).

Ötən həftə ərzində dollar indeksi 109.40 səviyyələrinədək eniş etsə də, cümə günü qismən enişləri bərpa edə bildi.

Cari həftə ABŞ-dan 2 önəmli göstərici gözləntisi var - Uçot faiz dərəcəsi və Əmək bazarı göstəriciləri.

Ehtimallara görə, FES faiz dərəcəsini 75 baza vahidi qaldıra bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 112.00, 114.00

- Eniş hədəfləri: 109.00, 107.50

Kanada

04 noyabr

16:30 – Məşğulluq göstəricisi (oktyabr);

18:00 – Biznes Aktivliyi İndeksi - İVEY (oktyabr).

Ötən həftə Kanada bankı bazar iştirakçılarını qismən məyus etdi.

Belə ki, gözləntilərə görə faiz dərəcəsi 75 baza vahidi qədər qaldırılmalı olsa da, bank yalnız 50 baza vahidi qədər artırdı.

Bank faiz artımında gərəkli səviyyəyə çatmaq üçün təkrar 50 baza vahidi qədər artıma gedə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3850, 1.4000

- Eniş hədəfləri: 1.3480, 1.3250

Avstraliya

31 oktyabr

04:30 – Pərakəndə Satış Həcmi (sentyabr).

01 noyabr

07:30 – Avstraliya Ehtiyat bankının Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması (noyabr).

Avstraliya Ehtiyat bankı cari həftə faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Gözləntilərə görə, bank faiz dərəcəsini 25 baza vahidi qədər yüksəldə bilər.

Bankın 2023-cü ilin 1-ci yarısına qədər faiz dərəcəsini 3.60%-dək yüksəldəcəyi ehtimal olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6550, 0.6700

- Eniş hədəfləri: 0.6270, 0.6150

Yeni Zelandiya

02 noyabr

01:45 – Məşğulluq göstəricisi (3-cü rüb);

02:00 – Yeni Zelandiya Ehtiyat bankının mətbuat konfransı;

02:00 – Yeni Zelandiya Ehtiyat bankının sədri Orranın çıxışı.

Ötən həftə Yeni Zelandiya Ehtiyat bankının sədri Orra çıxışında bildirib ki, "Hazırda inflyasiya hələ də yüksək olmaqda qalmaqdadır,

məşğulluq göstəricisində sabit tarazlıq müşahidə olunur, iqtisadiyyat müsbət istiqamətdə irəliləməkdədir".

Noyabr toplantısında təkrar pul-kredit siyasəti müzakirə olunacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6000, 0.6250

- Eniş hədəfləri: 0.5660, 0.5500

Qızıl

Son dövrlərdə qızıla olan fiziki tələbat artmaqdadır.

Belə ki, sentyabr ayı üçün açıqlanan hesabat göstəricilərinə əsasən,

Çin, Hindistan, Tayland, Türkiyə, BƏƏ tərəfindən idxal həcmi təqribən ikiqat artıb.

Eyni zamanda, Rusiyada da əhali arasında qızılkülçələrə olan tələb artmaqdadır.

Belə ki, cari ilin mart ayından 20% ƏDV-nin,

iyun ayında isə satışdan tutulan 13% gəlir vergisinin ləğv edilməsi əhali arasında qızıla olan marağı artırıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1666.00, 1690.00

- Eniş hədəfləri: 1626.00, 1610.00

Neft

Ötən həftə cümə günü neftin qiyməti təqribən 2% ucuzlaşıb.

Buna səbəb, dolların qismən bahalaşması və Çində koronavirusla bağlı yeni məhdudiyyətlərin tətbiqi olub.

Brent markalı neftin yanvar fyuçersinin qiyməti 1.86%, WTI markalı neftin dekabr fyuçersi isə 1.94% ucuzlaşıb.

Lakin ümumilikdə, ötən həftə ərzində neft 2-3% bahalaşıb.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 99.00, 105.00

- Eniş hədəfləri: 90.00, 85.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 93.00, 101.00

- Eniş hədəfləri: 83.00, 78.00

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

Foreks bazarının həftəlik təqvimi və analitikası

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası

Thank You!

Your form has been succesufully send