Foreks bazarının həftəlik təqvimi və analitikası

Ötən həftə ABŞ əmək bazarında avqust ayı üçün açıqlanan göstəricilərdə ziddiyətlər müşahidə olundu.

İşsizlik səviyyəsində yüksəlmə olduğu halda (3.7%), yeni iş yerlərinin sayında nisbətən artım müşahidə olundu.

Cari həftə AMB, Avstraliya Ehtiyat bankı və Kanada bankından faiz dərəcəsi ilə bağlı açıqlamalar diqqət mərkəzində olacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

07 sentyabr

10:00 – Almaniya – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb).

08 sentyabr

16:15 – AMB-nın uçot faiz dərəcəsi ilə bağlı qərarı (sentyabr);

16:15 – AMB-nın pul-kredit siyasəti ilə bağlı açıqlaması;

16:45 – AMB -nın mətbuat konfransı.

Avrozonada yaşanan enerji böhranı fonunda avqust ayında inflyasiya 9.1%-dək yüksəlib.

Bu da AMB üçün inflyasiya ilə mübarizədə cari həftə keçiriləcək növbəti toplantısında faiz dərəcəsi ilə bağlı sərt qərarlar qəbul edəcəyinə ehtimal yaradır.

Gözləntilər əsasən faiz dərəcəsinin 50 baza vahidi qədər yüksəltmə istiqamətində olsa da, bəzi ehtimallara görə, bu göstərici 75 baza vahidi təşkil edə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0090, 1.0250

- Eniş hədəfləri: 0.9820, 0.9750

Böyük Britaniya

05 sentyabr

12:30 – Xidmət sektorunda Biznes Aktivliyi indeksi (avqust).

06 sentyabr

12:30 – Tikinti sektorunda Biznes Aktivliyi indeksi (avqust).

07 sentyabr

18:15 – Pul-kredit siyasəti üzrə Komitənin toplantısı.

Funt sterliq avqust ayında dollara nisbətdə 4.3% dəyər itirərək sentyabrın ilk həftəsini də enişlə tamamladı.

Funt həmçinin ötən ay Avroya nisbətdə də 3% ucuzlaşıb.

Belə ki, İngiltərədə inflyasiya 10.1%-dək yüksəlib.

Proqnozlara görə, bu göstərici cari ilin sonunadək 13.3%-dək yüksələ bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1700, 1.2000

- Eniş hədəfləri: 1.1300, 1.1050

ABŞ

08 sentyabr

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

17:10 – FES rəhbəri Pauellin çıxışı;

19:00 – Xam neft ehtiyatları.

Dollar indeksi ötən həftə ərzində 0.6% bahalaşaraq, ard-arda 3-cü artım həftəsi sərgiləsə də,

cümə günü açıqlanan əmək bazarı göstəriciləri indeksin gün ərzində 0.1 % dəyər itirməsinə səbəb oldu.

Belə ki, yeni iş yerlərinin sayında artım müşahidə olunduğu halda (315K), işsizlik səviyyəsi də yüksəlib (3.7%).

Bu da, FES-in növbəti toplantısında faiz dərəcəsi artımı istiqamətində müəyyən tərəddüdlər yarada bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 110.30, 112.00

- Eniş hədəfləri: 108.30, 107.50

Kanada

07 sentyabr

18:00 – Biznes Aktivliyi indeksi – İVEY(avqust);

18:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama.

09 sentyabr

16:30 – Məşğulluq göstəricisi (avqust).

Cari həftə Kanada bankı uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və ehtimallara görə,

bank göstəricini 75 baza vahidi qədər yüksəldə bilər.

Belə ki, qeyd olunan göstərici bank üçün tələb olunan stabil səviyyə hesab oluna bilər və

növbəti faiz artımı siyasəti istiqamətində bank məhdudlaşdırılmış ehtiyatlı addımlar atmalı olacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3220, 1.3450

- Eniş hədəfləri: 1.2970, 1.2800

Avstraliya

05 sentyabr

05:30 – Pərakəndə Satış həcmi.

06 sentyabr

08:30 – Avstraliya Ehtiyat bankının uçot faiz dərəcəsi ilə bağlı açıqlaması (sentyabr).

07 sentyabr

05:30 – Ümumi Daxili Məhsul göstəricisi (2-ci rüb).

Cari həftə Avstraliya Ehtiyat bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və ehtimallara görə,

bank faiz dərəcəsini 50 baza vahidi qədər yüksəldə bilər.

Lakin proqnozlara görə, inflyasiya ilə mübarizədə bu addım cari il üçün bankın son addımı olmayacaq və

növbəti toplantılarında da bu addımlar təkrarlana bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6900, 0.7050

- Eniş hədəfləri: 0.6666, 0.6370

Yaponiya

08 sentyabr

03:50 - Ümumi Daxili Məhsul göstəricisi (2-ci rüb).

ABŞ dolları Yapon yenasına nisbətdə 24 ilin yeni maksimum səviyyəsinədək bahalaşıb və 139.00 qiymət sərhəddi üzərində ticarət olunub.

Buna əsas səbəb, FES-in pul kredit siyasəti istiqamətində sərt addımlarının qarşısında Yaponiya bankının hələ də bu istiqamətdə heç bir addım atılmamasıdır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 141.00, 142.90

- Eniş hədəfləri: 137.00, 135.00

Qızıl

Qızıl ötən həftə də ucuzlaşmağa davam etsə də, cümə günü ABŞ-da işsizlik səviyyəsinin yüksəlməsi qızılın enişində qismən fasilə yaratdı.

Qeyd edək ki, qızıl cari ildə artıq 5.3% dəyər itirib. Artım istiqamətində hərəkətin güclənməsinə ehtimal çox aşağıdır.

Belə ki, FES rəhbəri Pauellin pul-kredit siyasəti istiqmətində sərt çıxışları dolların yaxın aylarda da yüksəlməsini dəstəkləyə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1740.00, 1775.00

- Eniş hədəfləri: 1675.00, 1650.00

Neft

Neftin qiyməti dünya bazarında artıq 3-cü aydır ki, ard-arda eniş sərgiləyir.

Belə ki, avqust ayı ərzində Brent markalı neft 12.3%, WTI markalı neft isə 9.2% ucuzlaşıb.

Ucuzlaşmanın əsas səbəbləri kimi maliyyə bazarlarında investorların daha çox mərkəzi bankların faiz dərəcəsi ilə bağlı rəqabəti fonunda neftə olan maraqlarının azalması,

həmçinin Çinin bəzi əyalətlərində karantinlə bağlı qapanmaların tətbiqi göstərilir.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 97.00, 104.000

- Eniş hədəfləri: 90.00, 85.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 92.00, 98.00

- Eniş hədəfləri: 82.00, 78.00

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası

Thank You!

Your form has been succesufully send