“PAŞA Yatırım Bankası”nın istiqrazları “Unicapital” platformasında

“PAŞA Yatırım Bankası”nın 25 milyon dollar həcmindəki istiqrazları “Unicapital İnvestisiya Şirkəti” tərəfindən təqdim edilən “UTrader” ticarət platformasında ticarətə əlavə edilib.

Qeyd edək ki, Türkiyənin ilk xarici sərmayəli investisiya bankı olaraq təsis edilən “PAŞA Yatırım Bankası”, “Paşa Holding”in tərkibində fəaliyyət göstərir. Bankın aktivləri ötən il 73% artım göstərərək, 6.156 milyon TL səviyyəsinə çatıb.

Tədavül müddətinin sonuna bir ildən az zaman qalmış, nominal dəyəri 1000 USD, gəlirliliyi illik 4.5%, kupon ödəniş tezliyi rüblük olan istiqrazları platforma üzərindən onlayn formada asanlıqla əldə edə bilərsiniz.

Nəzərinizə çatdıraq ki, bir hesabla vahid platforma üzərindən yerli istiqrazlara və xarici səhmlərə, kriptovalyutalara investisiya etmək Azərbaycanda ilk dəfə “UTrader”də mümkün olub.

Qısa müddət öncə “Unibank”ın xarici valyuta istiqrazları da platformaya əlavə edilmiş, yeni investisiya aləti kimi müştərilərin istifadəsinə verilmişdi.

Xatırladaq ki, ticarət platforması olan “UTrader”, müştərilərinə “Apple”, “Tesla”, “Netflix”, “Amazon” kimi 100-dən artıq xarici nüfuzlu şirkətlərin pay sahibi olmağa, səhmlər, istiqrazlar, kriptovalyutalar, ETF-lər, valyutalar kimi 21 000-dən çox alətlə ticarət aparmağa, 20-dən çox bazarda onlayn qaydada investisiya etməyə imkan yaradan treydinq platformasıdır.

Bu gün, Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus, BFB-nin ilk, ən uzunmüddətli üzvü və fond bazarının 16 illik peşəkar iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin müştəri sayı artıq 700 000-ə çatır.

Platforma haqqında ətraflı məlumat və qeydiyyat üçün:https://utrader.az/treydinq-platformasi/#register

For consultation please leave a request

Your request has been sent successfully.

“PAŞA Yatırım Bankası”nın istiqrazları “Unicapital” platformasında

Thank You!

Your form has been succesufully send

“PAŞA Yatırım Bankası”nın istiqrazları “Unicapital” platformasında

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

“PAŞA Yatırım Bankası”nın istiqrazları “Unicapital” platformasında

Thank You!

Your form has been succesufully send