“Unibank KB” ASC-nin törəmə şirkəti olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbərliyində dəyişiklik olub
Belə ki, Tahir Qəribov “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının sədri təyin edilib. İndiyədək İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri olan Faiq Hüseynov isə iş yükünün çoxluğu ilə əlaqədar olaraq, bundan sonra “Unicapital” MŞ-nın üzvü kimi fəaliyyətini davam etdirəcək.
Müşahidə Şurasının digər üzvü olan Heybət Qədirov da öz istəyi ilə üzvlükdən azad edilib.
Hazırda “Unicapital İ.Ş” ASC-nin Müşahidə Şurasının tərkibi aşağıdakı şəxslərdən təşkil olunub:
Tahir Qəribov- Müşahidə Şurasının sədri
Faiq Hüseynov- Müşahidə Şurasının üzvü
Emin Rəsulzadə - Müşahidə Şurasının üzvü
Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin hazırkı Baş Direktoru Vüqar Namazovdur.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.