Unicapital İnvestisiya Şirkəti ADA Universitetinin tələbələri ilə görüşüb

03.04.2024-cü il tarixində “Unicapital İnvestisiya Şirkəti”ASC ADA Universiteti ilə ikili əməkdaşlıq çərçivəsində universitetin tələbələri üçün “Kapital bazarları” mövzusunda seminar həyata keçirib.

Seminar şirkətin “Portfel idarəçiliyi şöbəsi”nin rəhbəri Phd.Seymur İbadovun təqdimatında baş tutub.

Təqdimatda tələbələrə qlobal və yerli kapital bazarları, müxtəlif yerli və xarici investisiya alətləri haqqında ətraflı məlumat verilib.

Seminar tələbələr tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb, onlara maliyyə sahəsindəki nəzəri biliklərini möhkəmləndirmək və investisiya istiqamətində yönləndirmək yolları praktiki şəkildə göstərilib.

Sonda seminar iştirakçıları arasında müsabiqə keçirilib. Qaliblərə şirkət tərəfindən hədiyyələr təqdim olub.

Xatırladaq ki, Unicapital daima ölkəmizdəki investisiya sahəsinin inkişafına ilklər və innovasiyalarla öz töhfəsini verməsi ilə seçilir.

Gənc nəslin sözügedən istiqamətdə maarifləndirilməsi və gələcəyə dünya maliyyə bazarlarının trendləri ilə ayaqlaşan kadrların hazırlanması şirkətin uzun vədəli inkişaf perspektivləri sırasında yer alan əsas prioritetlərdəndir.

Bildiyiniz kimi “Unicapital” İnvestisiya Şirkəti artıq 17 ildir ki, fond bazarlarının peşəkar iştirakçısı kimi fəaliyyət göstərir.

For consultation please leave a request

Your request has been sent successfully.

Unicapital İnvestisiya Şirkəti ADA Universitetinin tələbələri ilə görüşüb

Thank You!

Your form has been succesufully send

Unicapital İnvestisiya Şirkəti ADA Universitetinin tələbələri ilə görüşüb

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Unicapital İnvestisiya Şirkəti ADA Universitetinin tələbələri ilə görüşüb

Thank You!

Your form has been succesufully send