Unicapital İnvestisiya Şirkəti “AmCham” ilə əməkdaşlığı genişləndirir
11 may 2023-cü il tarixində Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azərbaycan) tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) Sədri, cənab Taleh Kazımovun iştirakı ilə “AmCham” üzvlərinin görüşü (Members’ May Luncheon) keçirilmişdir.
Tədbir zamanı Unicapital İŞ-nin Baş Direktoru Vüqar Namazov tərəfindən şirkətin fəaliyyəti və əldə etdiyi nailiyyətlər haqqında təqdimat nümayiş edilmişdir.
Unicapital İŞ-nin kapital bazarında rəqəmsal texnologiyaların tətbiqi, xidmət səviyyəsinin yaxşılaşdırılması və əlçatanlığının artırılması istiqamətində əldə etdiyi nailiyyətləri haqda ətraflı məlumat verən cənab Namazov, qlobal maliyyə bazarlarına real vaxtda çıxış imkanı verən “UTrader” platformasındakı yeniliklər, “Leobank” mobil tətbiqində sadələşdirilmiş investisiya layihəsi, yerli və xarici səhmlərə, kriptovalyutalara investisiya imkanlarının üstünlükləri kimi əhəmiyyətli mövzulara toxunmuşdur.
Tədbirdə yüksək vəzifəli dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, işgüzar dairələrin və üzv şirkətlərin yüksək səviyyəli rəhbərləri də daxil olmaqla ümumilikdə 160-dan çox şəxs iştirak edib.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.