"Unicapital İnvestisiya Şirkəti" ASC 2021-ci ili rekord gəlirlə başa vurub

“Unicapital”ın audit təsdiqli illik hesabatına görə, şirkətin 2021-ci il üzrə məcmu gəliri 1 041 071 manat təşkil edib, bu da keçən il ilə müqayisədə 100%-ə yaxın artım deməkdir.

Belə ki, "Unicapital"ın ötən ilki göstəriciləri:

  • Aktivlər 10 295 858 manat;
  • Faiz gəlirləri 672 000 manat;
  • Komissiya gəlirləri 1 258 000 manat;
  • Dilinq gəlirləri 1 054 000 manat;
  • Digər gəlirlər 144 000 manat təşkil edib.


Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB ASC”yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti”, 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yer tutmaqda davam edir və Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.

2021-ci ildə “Unicapital İnvestisiya Şirkəti” ASC “International Finance Awards” tərəfindən“Azərbaycanda Ən İnnovativ İnvestisiya Şirkəti – 2021” və “Azərbaycanın Ən Yaxşı Foreks Provayderi – 2021” mükafatlarına layiq görülüb.

Şirkətin 15 illik fəaliyyəti müddətində mükəmməl ictimai reputasiyası formalaşıb. “Unicapital”ın hazırkı strategiyası isə müştərilərinə rəqəmsal investisiya xidmətləri təqdim edərək, innovativ yanaşması ilə investisiya sahəsini hər kəs üçün əlçatan etməkdir.

"Unicapital İnvestisiya Şirkəti" ASC 2021-ci ili rekord gəlirlə başa vurub

Thank You!

Your form has been succesufully send

"Unicapital İnvestisiya Şirkəti" ASC 2021-ci ili rekord gəlirlə başa vurub

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"Unicapital İnvestisiya Şirkəti" ASC 2021-ci ili rekord gəlirlə başa vurub

Thank You!

Your form has been succesufully send