“Unicapital İnvestisiya Şirkəti” ASC səhmdarlarına 800 min manat məbləğində dividend ödəyib.
“Unicapital" İnvestisiya Şirkəti ASC olaraq səhmdarlarımıza 800.000 AZN məbləğində dividend ödəmişik. Dividend ödənişi barədə qərar “Unicapital” İnvestisiya Şirkəti ASC-nin səhmdarlarının 30 sentyabr 2022-ci il tarixində keçirilmiş ümumi yığıncağında qəbul edilib.
Şirkətimizin Bakı Fond Birjasında ticarət olunan səhmlərin sayı 100 000 ədəddir. Nominal dəyəri 3 AZN olan hər bir səhmə ödənilmiş dividend məbləği 8 AZN təşkil edib.
Şirkətimiz son illər ərzində investisiya bazarında tətbiq etdiyi strategiyasını yeniləyib və 2021-ci ildə təyin etdiyimiz yeni strategiya qısa zamanda öz nəticəsini verib. “Unicapital”ın uğurlu fəaliyyəti nüfuzlu dünya nəşrlərinin də diqqətini çəkməyi bacarıb. Böyük Britaniyanın “International Finance” jurnalının araşdırmasına əsasən, “Unicapital” “Azərbaycanda Ən İnnovativ Maliyyə Təşkilatı - 2021” və “Azərbaycanın Ən Yaxşı Foreks Provayderi - 2021” mükafatlarına layiq görülüb.
“Unicapital” 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəyə sahib olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan şirkətlərdən biridir. Nizamnamə kapitalı 100% "Unibank" Kommersiya Bankı ASC-yə məxsus olan şirkətimiz ötən il 1.040.271 AZN xalis mənfəət əldə edib.
“Unicapital İnvestisiya Şirkəti” olaraq əsas məqsədimiz xidmət göstərdiyimiz bazarlara dəstək üçün ən yenilikçi və peşəkar maliyyə həlləri göstərərək, müştəri məmnuniyyəti və mükəmməl reputasiyamızı qorumaqdır.
Xidmətlərə gəldikdə isə biz müştərilərimiz üçün qlobal və yerli maliyyə bazarlarına açılan körpü rolunu oynayırıq. “Unicapital” İnvestisiya Şirkəti istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki şəxslər üçün etibarlı tərəfdaşdır. Biz qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstəririk. Həmçinin, yeni başlayan investorlar üçün ödənişsiz təlimlər və konsultasiyalar təşkil edirik.
“Unicapital” İnvestisiya Şirkəti hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə sahibdir və Birjanın standart listinqinə daxildir. Bu isə şəffaflığının və listinq qaydalarına uyğunluğunun birbaşa göstəricisidir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.