Unicapital "PASHA Yatırım Bankası" istiqrazlarına birgə anderrayterlik edir
"Unicapital İnvestisiya Şirkəti" ASC Bakı Fond Birjasında “PASHA Yatırım Bankası” A.Ş-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirilməsində birgə anderrayter qismində iştirak edəcəkdir.
Nominal dəyəri 1000 ABŞ dolları, ümumi həcmi 25 000 000 ABŞ dolları təşkil edən istiqrazların tədavül müddəti 18 ay olmaqla, investorları illik 6,19% gəlirliliklə təmin edəcəkdir.
Əldə etmək üçün: https://unicapital.az/campaign/
Kupon faizlərinin ödəniş tezliyi 90 gündən bir həyata keçiriləcək istiqrazların faiz ödənişinə Türkiyə Respublikasının qanunvericiliyinə əsasən vergi tətbiq ediləcəkdir. Belə ki, hüquqi şəxslərin gəliri 6.00%, fiziki şəxslərin gəliri 5.40% təşkil edəcəkdir.
Nəzərinizə çatdıraq ki, “PASHA Yatırım Bankası” istiqrazları üzrə abunə yazılışı 15-29 may 2024-cü il tarixləri aralığında Bakı Fond Birjasında baş tutacaq. Yerləşdirmə isə 30 may 2024-cü il tarixinə təyin edilib.
Bildiyiniz kimi, Unicapital İnvestisiya Şirkəti 2007-ci ildən kapital bazarlarının fəal iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzun müddətli üzvüdür.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.