Unicapital “TEDxBHOS” konfransına sponsorluq etdi
21.04.2024-cü il tarixində Bakı Ali Neft Məktəbinin təşəbbüsü əsasında ölkəmizdə 4-cü dəfə TED-in rəsmi lisenziyası ilə TEDxBHOS konfransı keçirilib. Tədbirdə müxtəlif sahələrdə uğur qazanmış, ölkəmizdə və qlobal miqyasda tanınmış 10 spiker çıxış edib. Konfransda şəxsi və karyera inkişafı mövzusunun müxtəlif və az bilinən istiqamətləri işıqlandırılıb.
Son dövrlərdə ölkəmizdə gənclərin maarifləndirilməsi və inkişafı istiqamətində təqdirəlayiq addımlar atan Unicapital İnvestisiya Şirkəti, tədbirin ərsəyə gəlməsində sponsor olaraq öz töhfəsini verib.
Konfransda gənclərin investisiya sahəsinə böyük rəğbət və marağının olduğu müşahidə edilib.
Xatırladaq ki, bir müddət öncə “Unicapital” ikili əməkdaşlıq çərçivəsində “ADA” Universitetinin tələbələri ilə də “Kapital bazarları” mövzusunda seminar həyata keçirmişdi.
Bütün bunlar, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin gənc nəslin investisiya sahəsi üzrə maarifləndirilməsini şirkətin uzun vədəli inkişaf perspektivlərində yer alan əsas prioritetlər cərgəsinə qoymasının bariz nümunəsidir.
Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti” artıq 17 ildir ki, fond bazarlarının peşəkar iştirakçısı kimi fəaliyyət göstərir. Nizamnamə Kapitalı 100%-lik “Unibank”a məxsus olan şirkət, hazırda 0800 000-dən çox müştəri bazası ilə ölkəmizdəki ən böyük müştəri sayına sahib investisiya şirkətidir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.