Unicapital və Yelo Bank: yeni investisiya dövrü başladı

İnvestisiya sahəsində yenilikçi yanaşması ilə seçilən Unicapital rəqəmsal transformasiya istiqamətində növbəti uğurlu layihəsini reallaşdırdı. Artıq Unicapital-ın Yelo Bank-la inteqrasiyası nəticəsində təqdim edilən “Yelo Invest” xidməti ilə bir toxunuşla dünya bazarlarına sərmayə qoymaq mümkündür!
Yeni inteqrasiya sayəsində Yelo App üzərindən:
- 8000-dən çox səhm və ETF-lərlə sərbəst şəkildə ticarət edə,
- Apple, Tesla, Microsoft və s. dünya nəhənglərinin səhmlərinə ortaq ola,
- Bank və investisiya xidmətlərindən vahid tətbiq üzərindən rahatlıqla istifadə edə bilərsiniz.
Bu yenilik Unicapital-ın bank sektoru ilə uğurlu əməkdaşlıqlar çərçivəsində atdığı növbəti addımıdır. Xatırladaq ki, şirkət bundan əvvəl Leobank ilə birgə Azərbaycanda ilk dəfə mobil bankçılıq üzərindən investisiya xidmətlərini istifadəyə vermişdi.
Yeni nəsil investorlara yönəlik bu addım, Unicapital-ın texnoloji trendləri yaxından izlədiyini və daim inkişaf edən maliyyə bazarına töhfə vermək istiqamətində fəaliyyət göstərdiyini bir daha nümayiş etdirir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.