Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru oldu

Unicapital 17 dekabr tarixində AmCham tərəfindən təşkil olunan “Yeni Nəsil Maliyyə Forumu: İnnovasiya, Texnologiya və İnklüzivlik” tədbirinin sponsoru oldu. Forum çərçivəsində maliyyə sektorunda baş verən sürətli dəyişikliklər, süni intellekt və müasir ticarət texnologiyalarının bazarları necə yenidən formalaşdırdığı müzakirə olundu. Həmçinin inklüzivliyin maliyyə xidmətlərindəki rolu gündəmə gətirildi.
Tədbirdə həm yerli, həm də xarici ekspertlər çıxış edərək fikirlərini paylaşıblar. Unicapital-ın Baş direktoru Vüqar Namazov isə forum çərçivəsində panel müzakirələrinə moderatorluq edərək, innovasiya və texnologiyaların investisiya xidmətlərinin inkişafına təsiri, o cümlədən inklüzivliyin sektordakı əhəmiyyəti mövzularını ön plana çıxardı.

Unicapital maliyyə sektorunda innovasiyaların izlənməsi və qlobal təcrübələrin öyrənilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu forum da sahə üzrə inkişafın təmin edilməsi məqsədini dəstəkləyən önəmli tədbirlərdən birinə çevrildi.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.

For consultation please leave a request
Your request has been sent successfully.
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.