Yaşıl maliyyə: Unicapital yeni beynəlxalq saziş imzalayıb
Sazişin məqsədi yaşıl, sosial və dayanıqlı maliyyəni inkişaf etdirməkdir
Sentyabrın 6-da “Unicapital İnvestisiya Şirkəti” ASC və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nəzdindəki “Yaşıl Maliyyə Mərkəzi” arasında Referal Saziş imzalanıb.
Saziş “Unicapital”ın Baş direktoru Vüqar Namazov və “Yaşıl Maliyyə Mərkəzi”nin Baş İcraçı direktoru Manas Gijduaniyev tərəfindən “Astana Finance Days:2024” maliyyə forumu çərçivəsində imzalanıb.
Sözügedən razılaşma Mərkəzi Asiya və Şərqi Avropada potensial emitentlər arasında yaşıl, sosial və dayanıqlı maliyyəni inkişaf etdirmək məqsədi daşıyır.
Qeyd edək ki, “Yaşıl Maliyyə Mərkəzi” yaşıl maliyyə siyasətinin inkişafını təmin edir. Sözügedən sahə ətraf mühit, ekologiya və iqlim dəyişikliyi layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
“Unicapital İnvestisiya Şirkəti” Azərbaycanın qiymətli kağızlar bazarında 2007-ci ildən bəri fəaliyyət göstərir. Şirkət həm fiziki, həm də hüquqi şəxslərə qiymətli kağızlara yatırım, törəmə maliyyə alətləri ilə ticarət xidmətləri və digər xidmətlər göstərir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.