Beynəlxalq təşkilatların bəyanatları və qlobal artım

“Dünya Bankı” və “Beynəlxalq Valyuta Fondu” Ukrayna müharibəsi səbəbilə qlobal artım proqnozunu aşağı salıb. “Beynəlxalq Valyuta Fondu” 2022-ci il üçün qlobal artımı 3.6%-ə, “Dünya Bankı” isə 3.2%-ə endirib. Böhrana cavab vermək üçün 2023-cü ilin iyun ayına qədər olan dövrü əhatə edəcək olan 170 milyard dollarlıq paketin aktivləşdirilməsi müzakirə ediləcək. Qeyd edək ki, DB “Covid-19” pandemiyası zamanı 157 milyard dollar vəsait səfərbər etmişdi.

BVF-nin mütəxəssisləri qeyd edirlər ki, proqnozun azalması digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişə və qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nəticəsidir. Onların fikrincə, Avropa iqtisadiyyatına əsas təsir kanalı Rusiya Federasiyasının xüsusi əməliyyatı və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ilə enerji qiymətlərinin artması və enerji təhlükəsizliyi sahəsindəki vəziyyətdir.

Ötən həftə FES nümayəndələrindən biri bu il FES-in faizləri 3.50%-ə qədər qaldıracağını, amma bu artımlara daha sürətlə getmək lazım olduğunu və növbəti artımların 0.50-75 bps olmasının daha effektiv olacağını açıqladı. FES sədri S.Povel 3-4 may tarixində faizlərin 0.50% artımının yüksək ehtimalı olduğunu vurğulayıb.

Hörmətlə,

“Unicapital İnvestisiya Şirkəti" ASC-nin “Araşdırmalar və İnvestisiya Məsləhəti" şöbəsi

For consultation please leave a request

Your request has been sent successfully.

Beynəlxalq təşkilatların bəyanatları və qlobal artım

Thank You!

Your form has been succesufully send

Beynəlxalq təşkilatların bəyanatları və qlobal artım

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Beynəlxalq təşkilatların bəyanatları və qlobal artım

Thank You!

Your form has been succesufully send