Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Daxili Bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb 399 milyon AZN olmuş, 135 milyon AZN yerləşdirilmişdir. İstiqrazların orta ölçülmüş və kəsmə gəlirlilikləri müvafiq olaraq, 8.77% və 9.00% olmuşdur. Xatırladaq ki, iyul ayının sonunda 3 illik (effektiv 1001 gün) istiqraz hərracında orta və kəsmə gəlirliliklər 9.42% və 9.75% idi.
  • Bu həftə 80 milyon AZN həcmində 2 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İyul ayında eyni müddətli istiqrazların hərracı 8.38% orta və 8.98% kəsmə gəlirliliklə nəticələnmişdi.
  • AR Mərkəzi Bankının notlarının gəlirliliklərində cüzi azalmalar qeydə alınmışdır. Orta ölçülmüş gəlirliliklər 3 aylıq notlarda 7.92%-dən 7.77%-ə, 6 aylıq notlarda 8.86%- dən 8.71%-ə, 9 aylıq notlarda isə 9.13%-dən 9.08%-ə düşmüşdür. 1 aylıq notların hərracında investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından bu hərrac baş tutmamışdır.
  • Həmçinin, keçən həftə AR Mərkəzi Bankının 7 günlük notlarının yerləşdirilməsi üzrə hərrac da keçirilmişdir. Qeyd edək ki, 1, 3, 6 və 9 aylıq notlardan fərqli olaraq 7 günlük not hərraclarında yalnız Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yerli banklar iştirak edə bilir və bu hərraclarda qiymət limiti tətbiq edilir. Hərracda orta ölçülmüş gəlirlilik 7.62% olmuş və 30 milyon AZN yerləşdirilmişdir.
  • Azərbaycanda iyul ayında da deflyasiya qeydə alınmış və illik inflyasiya 12.7%-dən 12.2%-ə (ərzaq məhsulları üzrə 15.1%, qeyri-ərzaq məhsulları üzrə 11.4%, ödənişli xidmətlər üzrə 10.5%) düşmüşdür. • Statistika Komitəsinin məlumatına görə 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 0.7% iqtisadi artım qeydə alınıb. Yanvar-iyun aylarında bu göstərici 0.5% idi.

Qlobal Bazar

  • Ötən həftə ABŞ-da inflyasiya göstəricisi olan İstehlak Qiymətləri İndeksi açıqlandı. ABŞ-da illik inflyasiya artaraq 3.0%-dən 3.2%-ə yüksəlmişdir. Analitiklərin gözləntiləri 3.3% idi.
  • 16 avqust tarixində FED-in 26 iyuldakı iclasının detallı hesabatı təqdim olunacaq.
  • Bu həftə Avrozonada inflyasiya və iqtisadi artım məlumatları açıqlanacaq. 16 avqustda açıqlanacaq iqtisadi artımın 0.6% olacağı proqnoz edilir. 18 avqustda açıqlanacaq inflyasiyanın dəyişməyərək 5.3% qalacağı gözlənilir.
  • 10 avqust tarixində Türkiyədə işsizlik dərəcəsi açıqlandı. İşsizlik artaraq 9.5%-dən 9.6%-ə yüksəlmişdir.
  • Rusiyada illik inflyasiya artaraq 3.25%-dən 4.30%-ə yüksəlmişdir.
  • Ötən həftə həmçinin Rusiyada iqtisadi artım məlumatı açıqlanmışdır. Cari ilin 2-ci rübü üçün illik iqtisadi artım gözləntilərdən (3.9%) yüksək 4.9% olub. Xatırladaq ki, 1- ci rübün sonunda bu göstərici -1.8% (iqtisadi azalma) idi.

For consultation please leave a request

Your request has been sent successfully.

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Thank You!

Your form has been succesufully send

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Thank You!

Your form has been succesufully send