Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Daxili bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb təklifi 2.4 dəfə üstələmiş, orta ölçülmüş və kəsmə gəlirlilik 8.35% və 8.45% olmuşdur.
  • 14 noyabr tarixində AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Xatırladaq ki, oktyabr ayında 2 illik istiqraz hərracı 8.22% orta ölçülmüş gəlirlilik və 8.40% kəsmə gəlirliliklə nəticələnmişdi.

Qlobal bazar

  • Bu həftə, 14 noyabr tarixində Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da bazarlar üçün əhəmiyyətli məlumat olan inflyasiya (İstehlak Qiymətləri İndeksi) açıqlanacaq. İllik inflyasiyanın azalaraq 3.7%-dən 3.3%-ə düşəcəyi proqnoz edilir.
  • Həmçinin, Avrozonada da oktyabr ayında deflyasiya olduğu proqnoz edilir. İllik inflyasiyanın azalaraq 4.3%-dən 2.9%-ə düşəcəyi gözlənilir. Məlumat 17 noyabr tarixində Bakı vaxtı ilə 14:00-da açıqlanacaq.
  • Türkiyədə oktyabr ayında illik inflyasiya azalaraq 61.53%-dən 61.36%-ə düşmüşdür. Bloomberg-ə əsasən inflyasiyanın 1% artmağı gözlənilirdi. İnflyasiyanın gözləniləndən daha aşağı çıxmasına baxmayaraq Türk Lirəsi ABŞ Dolları qarşısında dəyər itirməyə davam etmişdir.
  • Rusiyada isə inflyasiya gözləntilərə uyğun olaraq artmış, illik inflyasiya 6.00%-dən 6.69%-ə yüksəlmişdir. Bu həftə Rusiyada 3-cü rüb üçün illik iqtisadi artım məlumatı açıqlanacaq. İqtisadi artımın 4.9%-dən 5.1%-ə yüksələcəyi gözlənilir.

For consultation please leave a request

Your request has been sent successfully.

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Thank You!

Your form has been succesufully send

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Thank You!

Your form has been succesufully send