Daxili və Xarici Bazarlarda son dəyişikliklər

Daxili Bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracı 8.26% orta ölçülmüş və 8.38% kəsmə gəlirliliklə nəticələndi. Hərracda tələb ilkin təklifi 5 dəfəyədək üstələmiş, 60 milyon AZN yerləşdirilmişdir.
  • 5 sentyabr tarixində AR Maliyyə Nazirliyinin 1 illik (70 milyon AZN həcmində) və 2 illik (65 milyon AZN həcmində) istiqrazlarının hərracı keçiriləcək. Ötən ay 1 illik və 2 illik istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərraclar müvafiq olaraq, 6.50% və 8.05% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi. Qeyd edilən 1 illik və 2 illik istiqrazlardan əlavə, AR Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən, sentyabr ayı ərzində ümumilikdə 145 milyon AZN 3 illik istiqrazların da yerləşdirilməsi planlaşdırılıb.
  • AR Mərkəzi Bankının notlarının gəlirliliklərində azalma müşahidə edilir. Orta ölçülmüş gəlirlilik 1 aylıq notlarda 8.29%-dən 8.20%-ə, 3 aylıq notlarda 8.48%-dən 8.00%-ə, 6 aylıq notlarda 8.59%-dən 8.46%-ə, 9 aylıq notlarda isə 9.18%-dən 9.00%-ə düşmüşdür.
  • AR Mərkəzi Bankının 1 həftəlik not hərracında gəlirlilik 8.21% olmuş və 30 milyon AZN yerləşdirilmişdir. Qeyd edək ki, digər notlardan fərqli olaraq, 1 həftəlik notlarda qiymət limiti tətbiq edilir. Əmtəə Bazarları Son Həftəlik↑↓ İlin əvvəli↑↓ Neft WTI 85,55 6,30% 11,20% Neft Brent 89,48 5,04% 5,56% Qızıl 1944,71 1,52% 5,72% Gümüs 24,15 -0,04% 0,62% Azərbaycana aid avrobondlar (Gəlirlilik) 2 illik vs 10 illik ABŞ xəzinə istiqrazları Gəlirlilik əyriləri (İnkişaf etmiş ölkələr)

Qlobal Bazar

  • ABŞ-da 2-ci rübün sonuna olan illik iqtisadi artım məlumatı yenilənmişdir. Yenilənmiş məlumata əsasən, 2- ci rübdə ÜDM artımı illik əsasda 2.1% olub (ilkin açıqlanan məlumatda isə bu göstərici 2.4% idi).
  • Ötən həftə ABŞ-da məşğulluq məlumatı olan qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayında dəyişiklik məlumatı açıqlandı. Məlumata əsasən qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı dəyişiklik gözləntilərdən (170k) yüksək, 187k olub.
  • ABŞ-da işsizlik artaraq 3.5%-dən 3.8%-ə yüksəlib. İqtisadçılar işsizliyin artmayaraq 3.5% qalacağını proqnoz etmişdilər.
  • Avrozonada inflyasiya sabit qalaraq 5.3% olub. Analitiklərin gözləntisi inflyasiyanın azalaraq 5.1%-ə düşəcəyi istiqamətində idi.
  • Həmçinin, Avrozonada keçən həftə işsizlik məlumatı da açıqlanmışdır. Məlumata əsasən işsizlik sabit qalaraq və gözləntilərə uyğun olaraq 6.4% olub.
  • Türkiyədə iqtisadi artım gözləntiləri üstələyərək 3.8% olmuşdur. Gözləntilər 3.1% idi.
  • Türkiyədə inflyasiya artaraq 47.83%-dən 58.94%-ə yüksəlib. İqtisadçılar inflyasiyanın 55.90%-ə yüksələcəyini proqnoz edirdilər.
  • Rusiyada inflyasiyanın artaraq 4.30%-dən 5.15%-ə yüksələcəyi proqnoz edilir. Məlumat 8 sentyabrda açıqlanacaq.
  • Rusiyada keçən həftə açıqlanan işsizlik məlumatına əsasən işsizlik azalaraq 3.1%-dən 3.0%-ə düşmüşdür.

For consultation please leave a request

Your request has been sent successfully.

Daxili və Xarici Bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send

Daxili və Xarici Bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send

Daxili və Xarici Bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send