Daxili və Xarici Bazarlarda son dəyişikliklər

Daxili bazar

  • 20 sentyabr tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı qərarını açıqladı. Qərara əsasən uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanıldı. Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul ediləcəkdir. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il noyabr ayının 1-də açıqlanacaq.
  • Keçən həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb ilkin təklifi 2 dəfədən çox üstələmiş, 135 milyon AZN vəsait yerləşdirilmişdir. Hərrac 8.04% (bundan öncə 7.48%) orta ölçülmüş və 8.19% (bundan öncə 8.00%) kəsmə gəlirliliklə nəticələnmişdir. Bu həftə AR Maliyyə Nazirliyinin 1092 günlük (effektiv 938 gün) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
  • 20-21 sentyabr tarixlərində AR Mərkəzi Bankının keçən həftə keçirilən 1 aylıq və 3 aylıq notlarının yerləşdirilməsi üzrə hərraclar investorlar tərəfindən təklif olunan sifarişlərin buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından baş tutmamışdır. 6 aylıq notlarda orta ölçülmüş gəlirliliklər 8.20%-dən 8.05%-ə, 9 aylıq notlarda isə 8.57%-dən 8.49%-ə düşmüşdür.

Xarici bazar

  • Ötən həftə qlobal bazarlar da mərkəzi bankların pul siyasəti ilə bağlı qərarları ilə yadda qalmışdır. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faizləri gözləntilərə uyğun olaraq dəyişməz saxladı. Belə ki, faiz dəhlizinin aşağı həddi 5.25%, yuxarı həddi isə 5.50% həddində saxlanılmışdır.
  • İngiltərə Mərkəzi Bankı da inflyasiyanın aşağı düşməsi və tənəzzül qorxularının artması səbəbilə faiz dərəcəsini dəyişməz (5.25%) saxlayıb. Lakin bir çox iqtisadçılar faizlərin 5.50%-ə qaldırılacağını proqnoz edirdilər. Həmçinin, nəzərinizə çatdıraq ki, keçən həftə İngiltərədə açıqlanan məlumata əsasən avqust ayında illik inflyasiya 6.8%-dən 6.7%-ə düşüb, gözləntilər inflyasiyanın 7.0%-ə qalxacağı idi.
  • Avrozonada illik inflyasiyanın sentyabrda 5.2%- dən 4.5%-ə düşəcəyi gözlənilir. Xatırladaq ki, 14 sentyabrda Avropa Mərkəzi Bankı əsas uçot dərəcəsini 4.25%-dən 4.50%-ə qaldırmışdı.
  • Yüksək inflyasiyanı azaltmaq məqsədilə Türkiyə Mərkəzi Bankı da faiz dərəcəsini 5% artıraraq uçot dərəcəsini 25%-dən 30%-ə qaldırdı.

For consultation please leave a request

Your request has been sent successfully.

Daxili və Xarici Bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send

Daxili və Xarici Bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send

Daxili və Xarici Bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send