Daxili və xarici bazarlarda son dəyişikliklər
Daxili bazar
• Ötən həftə Azərbaycanda inflyasiya göstəricisi olan istehlakqiymətləri indeksi açıqlandı. 2023-cü ilin yanvar-sentyabraylarında inflyasiya 2022-ci ilin yanvar-sentyabr aylarınanisbətən 10,9% (bundan öncə 11.7%), o cümlədən, ərzaqməhsulları, içkilər və tütün məmulatları üzrə 12,4%, qeyri-ərzaqməhsulları üzrə 10,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlərüzrə 9,6% artıb. Bununla da ardıcıl olaraq 7 aydır ki, Azərbaycanda deflyasiya müşahidə edilir. İstehlak qiymətləriindeksi əvvəlki ilin sentyabr ayına nisbətən 5,1% yüksəlib. Qeydedək ki, 2023-cü ilin avqust ayında istehlak qiymətləri indeksiəvvəlki ilin avqust ayına nisbətən 8% artmışdı.
• AR Maliyyə Nazirliyinin istiqrazları üzrə gəlirliliklərdə artımmüşahidə edilir. 1 illik və 2 illik istiqrazların gəlirliliklərindəkiartımın ardınca keçən həftə AR Maliyyə Nazirliyinin 90 milyonAZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrəkeçirilən hərracda orta ölçülmüş və kəsmə gəlirliliklər müvafiqolaraq, 8.16%-dən 8.22%-ə və 8.38%-dən 8.59%-ə yüksəlmişdir.
• Bu həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Sentyabr ayında 2 illik istiqrazların orta ölçülmüş və kəsməgəlirlilikləri 8.04% və 8.19% olmuşdur. Həmçinin, oktyabrayının 4-cü həftəsində 40 milyon AZN, 5-ci həftəsində isə 55 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsiplanlaşdırılır. AR Mərkəzi Bankının notlarında keçən həftəkihərraclarda əsaslı dəyişiklik olmamış, hər biri 20 milyon AZN olmaqla 3, 6, 9 aylıq notlar yerləşdirilmişdir. 1 aylıq notlar üzrəyerləşdirmə isə ardıcıl olaraq 4 həftədir ki, hərrac zamanıinvestorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərindəEmitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiştələbə uyğun olmadığından baş tutmamışdır.
Xarici bazar
• ABŞ-da inflyasiya sentyabr ayında gözləntilərdən bir qədəryüksək, 3.7% olmuşdur. 2022-ci ilin iyul ayından cari ilin iyulayınadək deflyasiya olmuş, istehlak qiymətləri indeksi cari iliniyul ayından yenidən artmağa başlamışdır (iyul ayında 3.0%-dən3.2%-ə, avqust ayında 3.2%-dən 3.7%-ə).
• Rusiyada illik inflyasiya artaraq 5.15%-dən 6.00%-ə yüksəlmişdir. Gözləntilər inflyasiyanın 5.90% olacağıistiqamətində idi.
• Türkiyədə işsizlik dərəcəsi azalaraq 9.4%-dən 9.2%-ə düşmüşdür.
• İsrail dövlətinin terror aktından sonra “HƏMAS” təşkilatınaqarşı Qəza ərazisində başlatdığı hərbi əməliyyatlar regiondagərginliyi artırmaqla maliyyə bazarlarına da təsirsiz ötüşməyib. Belə ki, geosiyasi gərginliyin artması səbəbindən qızılın qiymətiqalxıb, neftin qiymətlərində də cüzi artım müşahidə edilib. Bu gərginlik fonunda müharibənin başqa ölkələrin ərazisinə keçməkehtimalı böyük olduğu üçün yaxın həftələrdə bu hal maliyyəbazarlarında volatilliyi artıracaq.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.