Foreks bazarının həftəlik təqvimi və analitikası

Ötən həftə FES rəhbəri Pauellin çıxışı nəticəsində dollar dəstək alaraq dəyər qazandı.

Cari həftə isə ABŞ əmək bazarında açıqlanacaq göstəricilər diqqət mərkəzində olacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona


31 avqust

11:55 – Almaniyada İşsizlik göstəricisi (avqust);

13:00 – İstehlakçı Qiymət indeksi (avqust).


01 sentyabr

11:55 – Almaniya - İstehsal sektorunda Biznes aktivliyi indeksi (avqust).

Avropada davam edən enerji böhranı Fransada təbii qazın dəyərinin 1000, Almaniyada isə 800 avro üzərinə yüksəlməsinə səbəb olub.

Bu da öz növbəsində inflyasiyanın yüksəlməsinə, yaşayış səviyyəsinin isə aşağı düşməsinə səbəb olur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0120, 1.0280

- Eniş hədəfləri: 0.9830, 0.9750

Böyük Britaniya

01 sentyabr

12:30 - İstehsal sektorunda Biznes aktivliyi indeksi (avqust).

İngiltərə funtu dəyər itirməkdə davam edir.

Ucuzlaşmanın bir səbəbi dolların dəyər qazanması olsa da, digər tərəfdən enerji daşıyıcıların qiymətinin bahalaşması fonunda iqtisadi enişin dərinləşməsi və inflyasiyanın yüksəlməsidən qaynaqlanır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1900, 1.2100

- Eniş hədəfləri: 1.1550, 1.1400

ABŞ

30 avqust

18:00 – JOLTS - əmək bazarında açılmış vakansiyaların sayı (iyul).

31 avqust

16:15 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi - ADP (iyun);

18:30 – Xam neft ehtiyatları.

01 sentyabr

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

18:00 – İstehsal sektorunda Biznes aktivliyi indeksi (avqust).

02 sentyabr

16:30 - Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (avqust);

16:30 – İşsizlik səviyyəsi (avqust).

Ötən həftə FES rəhbəri Pauel çıxışı zamanı yüksək inflyasiya ilə mübarizədə sərt addımların atılmasına davam edəcəklərini bildirsə də, sentyabr toplantısında hansı addımların atılacağı barədə işarə vermədi.

Qeyd edək ki, dollarcari ildə 14%-ə qədər dəyər qazanıb ki, bu da 1984-cü ildən ən yüksək artım göstəricisi hesab olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 109.20, 110.50

- Eniş hədəfləri: 107.50, 106.80

Kanada

31 avqust

16:30 – Ümumi Daxili Məhsul göstəricisi (iyun).

USD/CAD cütlüyü hazırda önəmli səviyyə sayılan 1.3000 sərhədləri ətrafında ticarət olunur.

ABŞ dollarının dəyər qazanması və digər tərəfdən isə neftin qiymətinin yüksəlməsi ilə kanada dollarının dəstək tapması cütlüyün tərəddüdlü hərəkətinə səbəb olur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3090, 1.3200

- Eniş hədəfləri: 1.2900, 1.2760

Avstraliya

29 avqust

05:30 – Pərakəndə satış həcmi (iyul).

AUD/USD cütlüyü hələ də 0.7000 səviyyəsi altında ticarət olunur.

Lakin, Avstraliyanın xarici ticari əlaqələrinin (xüsusilə ABŞ və Çin ilə) stabilləşməsi payız-qış aylarında cütlüyün dəyər qazanmasına təkan verə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.7000, 0.7130

- Eniş hədəfləri: 0.6760, 0.6670

Qızıl

Çin yenidən Dünya qızıl bazarına geri qayıdıb.

İsveçrə 2022-ci ilin iyul ayında göstəricilərə əsasən böyük həcmdə qızıl ixrac edib və ən böyük idxalçı qismində Çin qeydə alınıb.

Belə ki, Çinə iyul ayı ərzində 80.1 ton qızıl ixrac olunub və bu göstərici öncəki aylarla müqayisədə 2 dəfə, may ayı ilə müqayisədə isə 8 dəfə çoxdur.

Qeyd edək ki, İsveçrə dünyada qızıl ixracı həcminin 22%-lik pay bölgüsünə sahib olmaqla, ilk mövqedədir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1775.00, 1810.00

- Eniş hədəfləri: 1725.00, 1710.00

Neft

Neft ötən həftə yenidən 100$ üzərində ticarət olunurdu.

Belə ki, ABŞ-da neft ehtiyatlarının azalması, eləcə də neftin qiymətinin sürətli enişi fonunda OPEK+ ölkələrinin müdaxilə edəcəyi haqda Səudiyyə Ərəbistanın açıqlaması neftin bahalaşmasını dəstəklədi.

Eyni zamanda, İranla nüvə proqramı istiqamətində danışıqlar dirəniş nöqtəsindədir.

İranla razılıq əldə olunduğu halda, Avropanın yanacaq tələbatı demək olar ki, təmin oluna bilinər.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 104.50, 110.000

- Eniş hədəfləri: 98.20, 93.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 95.40, 100.00

- Eniş hədəfləri: 91.20, 87.50

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası

Thank You!

Your form has been succesufully send