Hərəkətli bazarlara həftəlik baxış
Daxili Bazar
- 2023-cü ilin yanvar ayı üçün Azərbaycan Respublikasında inflyasiya səviyyəsi açıqlanıb. 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar ayına nisbətən 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,7 faiz artıb.
- Ötən həftə 7 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030028 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli, diskontlu istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8440 (7.75%) manat, orta ölçülmüş qiyməti isə 93.5194 (6.9678%) manat olaraq müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 199,907,400 manat, yerləşdirilmiş həcmi isə 50,000,000 manat təşkil edilmişdir.
Qlobal bazar
- ABŞ-da isizliyə görə ilkin müraciət sayı 196 000 təşkil edib. Qeyd edək ki, bu göstərici üzrə gözlənti 190 000 müraciət sayı olmuşdur. Daha öncəki göstərici 183 000 təşkil etmişdir.
- ABŞ-da bu həftə fevral ayının 14-ü inflyasiya açıqlanacaq. Əvvəlki illik inflyasiya 6,5% açıqlanıb, bu dəfə illk inflyasiyaya dair bazar gözləntisi 6,2%-dir.
- Keçən həftə Avropanın bir çox ölkələri üçün inflyasiya faizləri açıqlanıb. Almaniya üçün illik inflyasiya göstəricisi 8,7% olub. Qeyd edək ki, gözlənti 8,9% idi. Əvəlki göstərici isə 8,6% olub.
- Bu həftə Avropa üçün sənaye istehsalı indeksi və yenilənmiş illik ümumi daxili məhsul göstəriciləri açıqlanacaq.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.