Hərəkətli bazarlarda son dəyişikliklər

Daxili Bazar

  • Daxili bazarda ötən həftə AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının hərracı müvafiq olaraq, 6.22% və 6.49% (aprel ayında orta gəlirlilik 5.70%) orta ölçülmüş və kəsmə gəlirliliklə nəticələndi.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində 5 illik istiqrazlarının hərracı keçiriləcək. May ayında 5 illik istiqrazlarda orta ölçülmüş gəlirlilik 8.71% olmuşdu. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
  • Keçən həftə keçirilən AR Mərkəzi Bankının notlarında gəlirliliklər 28 günlük olaraq orta gəlirlilik 7,56%, kəsmə 7,69 olmaqla, 84 günlük notlar üçün orta 7,94%, kəsmə 7,99% olmaqla, 168 günlük üçün orta 8,75%, kəsmə 8,79% olmaqla, 252 günlük notlar üçün isə orta 9,39%, kəsmə isə 9,48% olaraq yerləşdirilib.

Qlobal bazar

  • Ötən həftə ABŞ-da işsizlik məlumatları açıqlandı. Statistikaya əsasən iyun ayının 3-ü üçün açıqlanan ilkin işsizlik müraciətlərinin sayı gözləntidən (235 min) daha çox olaraq 261 min açıqlanıb.
  • Bu həftə iyun ayının 13-ü ABŞ-da inflyasiya göstəriciləri açıqlanacaq. Həmçinin ABŞ-da FES iyun ayının 14-ü faiz qərarını açıqlamalıdır. İşsizlik ilə bağlı son göstəricilərdən sonra bazar FES-in faiz artımına getməyəcəyini və faizləri olduğu kimi saxlayacağını qiymətləndirir.
  • Avrozonada keçən həftə ümumi daxili məhsul məlumatları açıqlanıb. Rüblük əsasda ümumi daxili məhsulun gözləntisi 0% olduğu halda real göstərici -0,1% olaraq açıqlanıb. İllik əsasda isə Avrozona üçün ümumi daxili məhsul göstərici 1% olaraq (gözlənti 1,2%) açıqlanıb.
  • Bu həftə iyun ayının 15-i həmçinin Avropa Mərkəzi Bankı faiz qərarını açıqlamalıdır. Bazar Avropa Mərkəzi Bankının uçot faiz dərəcəsini 0,25% artıraraq 3,75%-dən 4%-ə çatdıracağını proqnoz edir.
  • Türkiyədə bu gün işsizlik göstəricisi açıqlanacaq.
  • Bu həftə Rusiyada iyun ayının 15-i 1-ci rübün ümumi daxili məhsul məlumatları açıqlanmalıdır.

For consultation please leave a request

Your request has been sent successfully.

Hərəkətli bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send

Hərəkətli bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send