Hərəkətli bazarlarda son dəyişikliklər

Daxili Bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 2.5 dəfədən çox üstələmiş, hərraca çıxarılan həcm 50 milyon AZN olsa da yerləşdirilmiş həcm 75 milyon AZN olmuşdur. Hərrac 6.50% orta ölçülmüş və 6.98% kəsmə gəlirliliklə nəticələnmişdir. Bundan öncə iyun ayında keçirilmiş 1 illik istiqraz hərracında orta ölçülmüş və kəsmə gəlirliliklər 6.22% və 6.49% idi.
  • Bu həftə 90 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsi üçün hərrac keçiriləcəkdir. Bundan öncəki 3 illik istiqraz hərracı 9.42% orta və 9.75% kəsmə gəlirliliklə nəticələnmişdi.
  • Ötən həftə Mərkəzi Bankın not hərraclarında gəlirliliklər düşmüşdür. Orta ölçülmüş gəlirliliklər 1 aylıq notlarda 6.95%-dən 6.77%-ə, 3 aylıq notlarda 8.69%-dən 7.92%-ə, 6 aylıq notlarda 9.16%-dən 8.86%-ə, 9 aylıq notlarda isə 9.85%- dən 9.13%-ə düşmüşdür.

Qlobal Bazar

  • Ötən həftə ABŞ-da iyul ayının məşğulluq məlumatları açıqlanıb. Qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik gözləntilərdən və iyun ayı üçün açıqlanan məlumatdan az, 187k açıqlanıb. Gözləntilər 200k idi. Ümumilikdə isə işsizlik dərəcəsi azalaraq 3.6%-dən 3.5%-ə düşmüşdür.
  • 10 avqust tarixində ABŞ-da iyul ayının inflyasiya dərəcəsi açıqlanacaq. Bir sıra iqtisadçılar inflyasiyanın artaraq 3.0%-dən 3.3%-ə yüksələcəyini proqnoz edirlər.
  • Avrozonada iqtisadi artım gözləntilərdən daha yaxşı olmuşdur. 2-ci rübdə ÜDM artımı rüblük əsasda 0.3% (əvvəlki 0.0%, gözlənti 0.2%), illik əsasda isə 0.6% (əvvəlki 1.1%, gözlənti 0.5%) olmuşdur.
  • Avrozonada inflyasiya azalaraq 5.5%-dən 5.3%-ə düşmüşdür.
  • Türkiyədə inflyasiya artaraq 38.21%-dən 47.83%- ə yüksəlmişdir.
  • Rusiyada işsizlik azalaraq 3.2%-dən 3.1%-ə düşmüşdür.
  • 9 avqust tarixində Rusiyada inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın artaraq 3.25%-dən 4.30%-ə qalxacağı gözlənilir.
  • 10 avqust tarixində Rusiyanın qızıl və xarici valyuta ehtiyatlarının həcmi, 11 avqust tarixində isə iqtisadi artım məlumatı açıqlanacaq. ÜDM artımının 3.9% (illik əsasda) olacağı gözlənilir.

For consultation please leave a request

Your request has been sent successfully.

Hərəkətli bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send

Hərəkətli bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Thank You!

Your form has been succesufully send