Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Daxili bazar

  • Ötən həftə Azərbaycanda inflyasiya məlumatı açıqlanıb. İnflyasiya göstəricisi olan istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 10.2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 11,4%, qeyri-ərzaq məhsulları üzrə 9,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,1% artıb.
  • Azərbaycanda iqtisadi artım tempi azalıb. Belə ki, Ümum Daxili Məhsul artımı 0.8%-dən 0.5%-ədək geriləyib.
  • 14 noyabr tarixində AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb təklifi 2.7 dəfədən çox üstələmiş, orta ölçülmüş gəlirlilik 8.02%, kəsmə gəlirlilik isə 8.20% olmuş, 90 milyon AZN yerləşdirilmişdir. Xatırladaq ki, oktyabr ayında 2 illik istiqrazların yerləşdirilməsi üzrə hərracda orta ölçülmüş və kəsmə gəlirlilklər, müvafiq olaraq, 8.22% və 8.40% olmuşdu.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Oktyabr ayında 80 milyon AZN həcmində 1 illik istiqraz hərracı 7.90% orta ölçülmüş və 8% kəsmə gəlirliliklə nəticələnmiş, 120 milyon AZN yerləşdirilmişdir.
  • AR Mərkəzi Bankının notlarının gəlirliklərində azalma müşahidə edilir. Ötən həftə 6 aylıq notlarda orta ölçülmüş gəlirlilik 7.68%, 9 aylıq notlarda isə 7.84% olmuşdur.

Qlobal bazar

  • Ötən həftə ABŞ-da inflyasiya məlumatı açıqlanıb. İstehlak qiymətləri indeksi azalaraq 3.7%-dən 3.2%-ə (illik əsasda) düşmüşdür. Analitiklərin gözləntisi illik inflyasiyanın 3.3% olacağı idi. Oktyabrda aylıq inflyasiya isə 0.0% olub (sentyabr ayı üzrə bu göstərici 0.4% idi).
  • Avrozonada ilkin hesablamalara görə cari ilin 3-cü rübünün sonuna illik iqtisadi artım gözləntilərə uyğun olaraq 0.1% olmuşdur.
  • Ötən həftə, həmçinin, Avrozonada oktyabr ayına olan yekun illik inflyasiya məlumatı açıqlanıb. İllik inflyasiya oktyabr ayında 2.9% olub.
  • 23 noyabr tarixində Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Faizlərin artırılaraq 35%-dən 37.5%-ə dəyişdiriləcəyi proqnoz edilir.

For consultation please leave a request

Your request has been sent successfully.

Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Thank You!

Your form has been succesufully send

Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Thank You!

Your form has been succesufully send