Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Daxili bazar

  • Bu həftə, 20 dekabr tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı sonuncu, 8-ci iclasını keçirəcək. Ötən iclasda Mərkəzi Bankın idarə heyəti pul siyasəti ilə bağlı yumşaldıcı addım ataraq uçot dərəcəsini 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddini 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddini isə 10%-dən 9.5%-ə endirmişdir. Həmçinin, ötən iclasda verilən məlumata əsasən, Mərkəzi Bankın pul siyasəti ilə bağlı növbəti qərarları proqnozlaşdırılan inflyasiyanın hədəflə müqayisəsi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla veriləcəkdir. Xarici və daxili mühitlə bağlı risklərin reallaşmadığı və manatın möhkəmlənməsi təzyiqləri səngimədiyi halda pul siyasətinin mərhələlərlə yumşaldılması imkanlarına baxılacaqdır. Xatırladaq ki, Azərbaycanda inflyasiya ilin əvvəlindən mərhələlərlə azalaraq 9.4%-ə düşmüşdür (2022-ci ilin sonunda illik inflyasiya 13.9% idi).
  • AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının gəlirliliklərində azalma müşahidə edilir. Belə ki, ötən həftə keçirilən hərracda orta ölçülmüş gəlirlilik və kəsmə gəlirliliklər 6.20% olmuş, 150 milyon AZN vəsait yerləşdirilmişdir. Noyabr ayında isə 3 illik istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac 8.35% orta ölçülmüş və 8.45% kəsmə gəlirliliklə nəticələnmişdi.
  • Bu həftə AR Maliyyə Nazirliyi 150 milyon AZN həcmində 1 illik və 100 milyon AZN həcmində 2 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. 2 illik istiqrazlarda faiz dərəcəsi azaldılaraq 6%-dən 5.75%-ə dəyişdirilmişdir. Xatırladaq ki, eyni addım 3 illik istiqrazlar üçün də atılmış və dekabr ayında 3 illik istiqrazlar üzrə olan faiz dərəcəsi də 7%-dən 6%-ə endirilmişdir.
  • AR Mərkəzi Bankı sterilizasiya tədbirlərinin davamı olaraq 13 və 14 dekabr tarixlərində 1 aylıq və 3 aylıq notların yerləşdirilməsi üzrə hərraclar keçirmiş, 1 aylıq notlarda orta ölçülmüş gəlirlilik 7.76%, 3 aylıq notlarda isə 7.87% olmuşdur.
  • Keçən həftə Azərbaycanda iqtisadi artım məlumatı açıqlanıb. 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 0.8% iqtisadi artım olmuşdur. Bu göstərici cari ilin yanvar-oktyabr aylarında 0.5% idi.

Qlobal bazar

  • 12 dekabr tarixində ABŞ-da noyabr ayının inflyasiya məlumatı açıqlanıb. Əsas inflyasiya göstəricisi olan istehlak qiymətləri indeksi gözləntilərə uyğun olaraq azalmış, illik inflyasiya 3.2%-dən 3.1%-ə düşmüşdür. Aylıq inflyasiya 0.1% olmuşdur.
  • 13 dekabr tarixində ABŞ FED faiz dərəcəsi ilə bağlı bu ilin son iclasını keçirmiş və faizləri dəyişməyərək 5.25%-5.50% həddində dəyişməz saxlamışdır.
  • 14 dekabr tarixində Avropa Mərkəzi Bankı da gözləntilərə uyğun olaraq əsas uçot dərəcəsini 4.50% həddində sabit saxlamış, Bankın rəsmiləri azalan inflyasiya fonunda növbəti iclaslarda yumşalma siyasəti apara biləcəklərini bildirmişdir. Xatırladaq ki, ən son açıqlanan məlumata görə Avrozonada noyabr ayıına əsasən illik inflyasiya 2.4%-dir və 19 dekabr tarixində bu məlumat yenidən nəzərdən keçiriləcəkdir.
  • Türkiyədə işsizlik dərəcəsi azalaraq 9.1%-dən 8.5%-ə düşmüşdür.
  • 21 dekabr tarixində Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Faizlərin artırılaraq 40.00%-dən 42.50%-ə artırılacağı gözlənilir.
  • Rusiya Mərkəzi Bankı pul siyasətində sərt addım ataraq faiz dərəcəsini 15%-dən 16%-ə qaldırmışdır.

For consultation please leave a request

Your request has been sent successfully.

Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Thank You!

Your form has been succesufully send

Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Thank You!

Your form has been succesufully send