Daxili və Xarici Maliyyə bazarında baş verənlər
Daxili bazar:
- 27 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106017947 ISIN-li, 30 mln. manat həcmində, tədavül müddəti 1092 gün (effektiv 1001 gün) olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 96.3273 manat (6.8429%) və 99.2378 manat (5.7396%) olan 30 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.0448 manat (6.5671%), orta ölçülmüş qiyməti 97.9445 manat (6.2249%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 87,384,400 manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir. Bu həftə Maliyyə Nazirliyinin 5 illik istiqrazı üzrə 20 milyon vəsaitin cəlb edilməsi üzrə hərrac keçiriləcək.
Xarici Bazarlar:
- Keçən il pandemiya zamanı inflyasiya artanda, onun ABŞ-da daha çox artacağı ehtimal olunurdu. Lakin baş verən enerji böhranı bu mənzərəni dəyişdi. Avro bölgəsində qiymət artımı hazırda ABŞ-da iki ay ardıcıl olaraq qiymət artımından çoxdur. Sentyabrda ümumi Avropada inflyasiyası 10%-dək azaldıqda, Almaniyada isə bu göstərici 10,9% -ə qədər artdı. Həmçinin, maraqlı məqam bir il bundan sonra inflyasiya ilə bağlı gələcək proqnozların da dəyişməsidir. İqtisadçılar indi Avropada inflyasiyanın bir il sonra təxminən 5% səviyyəsinədək, ABŞ-da isə təxminən 3% -ə enəcəyini proqnozlaşdırırlar. Bunun ən əsas səbəblərindən biri Avropada yaşanan təbii qaz böhranı, Ukraynanın işğalından sonra Rusiyadan qaz idxalının azalmasıdır. Bura həmçinin sıradan çıxarılan Şimal axınları kəmərlərini də aid etsək bu sahədə vəziyyətin necə gərgin olduğunu anlaya bilərik. Bütün bunlar elektrik enerjisinin qiymətinin kəskin artmasına səbəb olur və bu amil iqtisadiyyatın hər yerində xərclərin artmasına gətirir. Nəticədə inflyasiya hazırda Avropada daha dərin və həmçinin daha yüksəkdir. Bütün bunlardan əlavə Avropada inflyasiyanın yaranma səbəbləri nəticə olaraq ABŞ-da inflyasiyanın yaranma səbəblərindən fərqlənir. Avropada inflyasiya demək olar ki, tamamilə artan xammal qiymətləri vasitəsilə idxal olunur. Bu fərqlilik direktiv orqanlar və investorlar, habelə ev təsərrüfatları və müəssisələr üçün ciddi mənfi fəsadlara səbəb olur. Bu fərqlilik direktiv orqanlar və investorlar, habelə ev təsərrüfatları və müəssisələr üçün ciddi mənfi fəsadlara səbəb olur. Bu isə o deməkdir ki, inflyasiyanın artdığı hallarda Mərkəzi Bankların buna qarşı ən əsas istifadə etdiyi faiz dərəcələrinin artımı inflyasiyanın əsas səbəbi olan problemi həll edə bilmədiyi üçün, gələcəkdə yüksək faizlər iqtisadiyyatın inkişafına daha çox ziyan vurmaq riskinə malikdir. Digər tərəfdən Avropa hökumətləri enerji qiymətlərinin kəskin artmasından əziyyət çəkən əhalini nisbətən qorumaq üçün stimullar əlavə etməyə məcbur olurlar. Bu baxımdan bu problem Avropada əhalinin həyat səviyyəsinə daha çox təsir etmiş olur. İlk baxışdan, Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı müxtəlif yerlərdən, müxtəlif vaxtlarda yola düşsələr də, hər ikisi indi oxşar yoldadır. Hər ikisi son iclasında uçot dərəcəsini 0,75% artırıblar. Bu gedişlə növbəti görüşlərdə hər iki bank bunu yenidən edə bilər,çünki hər ikisi gələcək qiymət artımı ilə bağlı gözləntilərin qarşısının alınmasının vacibliyindən danışır. Bu mənzərədə görsənən odur ki, Avropa ABŞ-dan daha çox enerji təchizatı şokundan əziyyət çəkməyə gələcəkdə davam edəcək . Həmçinin gələn 2023-cü ilin ikinci yarısında FES-in faiz dərəcələrini aşağı salacağı daha çox proqnozlaşdırılsa da , Avropa Bankının yüksək inflyasiaya ilə mübarizədə bunu 2024-cü ilə qədər edə biləcəyi real görsənmir. ABŞ öz yanacaqlarını istehsal edən enerji nəhəngidir, Avropa isə onu hələ də xaricdən almalı olur. Bu boşluq maliyyə siyasətində də özünü göstərir. ABŞ stimulları geri çağırır, lakin Avropada daha çox enerji subsidiyaları əlavə etmək lazım gəlir ki, zərbəni yumşaltsın və ev təsərrüfatlarını qarşıdan gələn soyuqlardan qorusun və müəssisələrin bağlanmasının qarşısını alsın.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.