Maliyyə bazarlarına həftəlik baxış

Daxili Bazar

  • Ötən ilin sonunda, 27 dekabr tarixində hər biri 150 milyon AZN həcmində olmaqla AR Maliyyə Nazirliyinin 364 günlük və 728 günlük istiqrazlarının hərracları keçirilmişdir. Hər 2 hərracda gəlirliliklərdə artım müşahidə edilib. 364 günlük istiqraz hərracında orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq, 8.01% (bundan öncəki hərracda 6.03%) və 8.49% (bundan öncəki hərracda 7.25%) olmuşdur. Qeyd edək ki, hərracda tələb təklifi 2 dəfəyə qədər üstələsə də yerləşdirilmiş həcm 120 milyon AZN olub. 728 günlük istiqraz hərracında orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq, 9.26% (bundan öncəki hərracda 5.95%) və 9.99% (bundan öncəki hərracda 6.00%) olmuşdur. Bu hərracda 150 milyon AZN təklifə qarşı 137 milyon AZN tələb olsa da yalnız 60 milyon AZN həcmində yerləşdirmə baş tutub.
  • 29 dekabr tarixində AR Maliyyə Nazirliyinin 500 milyon AZN həcmində 306 günlük istiqrazlarının hərracı keçirilib. Orta ölçülmüş və kəsmə gəlirlilik 4.50% olub. Bütün sifarişlər eyni gəlirliliklə (qiymətlə) olub və 500 milyon AZN yerləşdirilib.
  • Ötən ilin sonunda AR Mərkəzi Bankı 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri ilə barədə bəyanatını açıqlayıb. Bəyanatda bildirilir ki, 2023-cü ildə monetar şərait illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq tənzimlənəcəkdir.
  • 2023-cü ildə Mərkəzi Bank faiz dəhlizinin parametrləri ilə bağlı 8 dəfə iclas keçirəcəkdir. Faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici Əmtəə Bazarları Son Həftəlik↑↓ İlin əvvəli↑↓ Neft WTI 73,77 -4,11% - Neft Brent 78,26 -7,68% - Qızıl 1879,24 2,16% - Gümüs 24,07 0,31% - Azərbaycana aid avrobondlar (Gəlirlilik) 2 illik vs 10 illik ABŞ xəzinə istiqrazları Gəlirlilik əyriləri (İnkişaf etmiş ölkələr) və daxili amillərin inflyasiyaya təsirləri, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir. Növbəti iclas 1 fevral tarixində olacaq.

Xarici bazarlar

  • Ötən həftə, 6 yanvar tarixində ABŞ-da qeyri-kənd təsərrüfatı sahəsində məşğulluq məlumatı açıqlandı. Noyabr ayına nəzərən (263k) qeyri-kənd təsərrüfatında iş yerlərinin sayı azalaraq 223k olmuşdur. Bloomberg analitiklərinin gözləntiləri 205k idi.
  • ABŞ-da işsizlik azalaraq 3.7%-dən 3.5%-ə düşüb.
  • Avrozonada illik inflyasiya dekabr ayında azalaraq 10.1%- dən 9.2%-ə düşüb. Analitiklərin gözləntisi 9.5% idi.
  • Türkiyədə də inflyasiya əhəmiyyətli dərəcədə azalaraq 64.27%-ə düşüb. Noyabr ayında illik inflyasiya 84.39% idi və dekabr ayı üçün analitiklərin gözləntiləri illik inflyasiyanın 66.7% olacağı istiqamətində idi.
  • 12 yanvar tarixində ABŞ-da inflyasiya açıqlanacaq. İnflyasiyanın azalaraq 7.1%-dən 6.5%-ə düşəcəyi proqnoz edilir.
  • Rusiyada isə inflyasiyanın artacağı proqnoz edilib. Belə ki, noyabr ayında Rusiyada illik inflyasiya 11.98% idi, amma Bloomberg analitikləri dekabr ayında illik inflyasiyanın artaraq 12.20% olacağını proqnoz ediblər. Faktiki göstərici 13 yanvar tarixində açıqlanacaq.

For consultation please leave a request

Your request has been sent successfully.

Maliyyə bazarlarına həftəlik baxış

Thank You!

Your form has been succesufully send

Maliyyə bazarlarına həftəlik baxış

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Thank You!

Your form has been succesufully send