Maliyyə bazarlarına həftəlik baxış
Daxili Bazar
- AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarında gəlirlilik artaraq 8.82%-dən 9.22%-ə yüksəlmişdir. Hərracda 90 milyon manat həcmində vəsait yerləşdirilmiş, kəsmə gəlirlilik 9.90% olmuşdur.
- İyul ayında həmçinin, 50 milyon AZN həcmində 1 illik, 60 milyon AZN həcmində 2 illik və 50 milyon AZN həcmində 5 illik istiqrazların ilkin yerləşdirilməsi nəzərdə tutulub.
- AR Mərkəzi Bankının 1, 3, 6 və 9 aylıq notlarında gəlirliliklər 5.89% - 8.85% aralığından 5.87% - 9.14% aralığına dəyişmişdir. 1, 3, 6 aylıq notlarda əsaslı dəyişliklik olmamış, 9 aylıq notlarda isə gəlirlilik 8.85%-dən 9.14%-ə qədər artmışdır.
Qlobal Bazar
- Ötən həftə ABŞ-da məşğulluq göstəricisi olan qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlanıb. İş yerlərinin sayı azalaraq 339 mindən 209 minə düşmüşdür.
- ABŞ-da işsizlik azalmış, işsizlik dərəcəsi 3.7%-dən 3.6%-ə düşmüşdür.
- 12 iyul tarixində ABŞ-da istehlak qiymətləri indeksi açıqlanacaq. İnflyasiyanın azalaraq 4.00%-dən 3.1%-ə düşəcəyi gözlənilir.
- Ötən həftə Rusiyada iqtisadi artım məlumatları açıqlanmışdır. İqtisadiyyatda geriləmə davam etmiş, ÜDM artımı -1.8% olmuşdur. Həmçinin Rusiyanın qızıl və valyuta ehtiyatları da azalmaqda davam etmiş, ehtiyatlar 587 milyard dollardan 582 milyard dollara düşmüşdür.
- 12 iyul tarixində Rusiyada inflyasiya məlumatı açıqlanacaq. İqtisadçılar inflyasiyanın artaraq 2.51%- dən 3.30%-ə qalxacağını proqnoz edirlər.
- Türkiyədə inflyasiya azalaraq 39.59%-dən 38.21%-ə düşmüşdür. Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı 22 iyun tarixində faiz dərəcəsini 8.5%-dən 15.00%-ə qaldırmışdı. Analitiklərin gözləntisi isə faizlərin 20.00%-ə qaldırılacağı istiqamətində idi.
- Türkiyədə işsizlik azalaraq 10.20%-dən 9.50%-ə düşmüşdür.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.