Maliyyə bazarlarına həftəlik baxış
Daxili bazar
- Keçən həftə AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində 1 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 4 dəfədən çox üstələmiş, hərrac 5.70% orta ölçülmüş gəlirliliklə nəticələnmiş və 75 milyon AZN yerləşdirilmişdir. Xatırladaq ki, mart ayında keçirilən 1 illik istiqraz hərracında orta ölçülmüş gəlirlilik 6.52% idi.
- Bu həftə AR Maliyyə Nazirliyinin 40 milyon AZN həcmində 3 illik istiqrazlarının hərracı keçiriləcəkdir. Mart ayında 3 illik istiqraz hərracında tələb təklifi 3.5 dəfədən çox üstələmiş, orta ölçülmüş gəlirlilik 9.11% olmuşdur. Həmçinin, aprel ayının növbəti həftələrində 30 milyon AZN həcmində 2 illik və 50 milyon AZN həcmində 3 illik istiqraz hərraclarının keçirilməsi nəzərdə tutulub.
Qlobal bazar
- 7 aprel tarixində ABŞ-da məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlanıb. Göstərici gözləntiləri (230k) aşaraq 236k olmuşdur, mart ayında bu say 311k idi. Həmçinin, ABŞ-da işsizlik dərəcəsi azalaraq 3.6%-dən 3.5%-ə düşmüşdür.
- 12 aprel tarixində ABŞ-da inflyasiya göstəricisi olan “İstehlak Qiymətləri İndeksi” açıqlanacaq. Analitiklər inflyasiyanın azalaraq 6%-dən 5.1%-ə düşəcəyini proqnoz ediblər.
- Ötən həftə Türkiyədə də inflyasiya açıqlanıb. İnflyasiya azalaraq 55.18%-dən 50.51%-ə düşüb.
- 12 aprel tarixində Rusiyada inflyasiya açıqlanacaq. Analitiklər inflyasiyanın azalaraq 10.99%-dən 3.50%-ə düşəcəyini proqnoz ediblər.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.