Maliyyə bazarlarına həftəlik baxış
Daxili Bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 80 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb 345 milyon AZN olmuş, 120 milyon AZN yerləşdirilmişdir. İstiqrazların orta ölçülmüş və kəsmə gəlirlilikləri müvafiq olaraq, 8.05% və 8.25% olmuşdur. Xatırladaq ki, iyul ayında 2 illik istiqraz hərracında orta gəlirlilik 8.38% idi.
- Bu həftə 55 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
- AR Mərkəzi Bankının notlarının gəlirliliklərində cüzi dəyişmələr qeydə alınmışdır. Orta ölçülmüş gəlirliliklər 3 aylıq notlarda 7.77%-dən 8.56%-ya, 6 aylıq notlarda 8.71%-dən 8.66%-ya, 9 aylıq notlarda isə 9.08%-dən 9.23%-ə qalxmışdır. 1 aylıq notların hərracında gəlirlilik 6,77%-dən 8.06%-ə yüksəlmişdir. Həmçinin, keçən həftə AR Mərkəzi Bankının 7 günlük notlarının yerləşdirilməsi üzrə hərrac da keçirilmişdir. Qeyd edək ki, 1, 3, 6 və 9 aylıq notlardan fərqli olaraq 7 günlük not hərraclarında yalnız Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yerli banklar iştirak edə bilir və bu hərraclarda qiymət limiti tətbiq edilir. Hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmamışdır.
Qlobal Bazar
- Ötən həftə Avrozonada inflyasiya və iqtisadi artım məlumatları açıqlanıb. 16 avqustda açıqlanan illik iqtisadi artım proqnoza uyğun olaraq 0.6% olub. Həmçinin açıqlanan illik inflyasiya dəyişməyərək 5.3% qalıb.
- Rusiyada hökümət Rublun kursunun sabitləşdirilməsinə çalışır. Belə ki, son həftə rublda kəskin ucuzlaşma müşahidə edilib. Rubl 1 dollar qarşısında 101-dək ucuzlaşıb. Bununla bağlı olaraq Mərkəzi Bank bu təzyiqləri azaltmaq məqsədi ilə uçot faiz dərəcəsini keçən həftə 8,5%- dən 12%-dək qaldırıb.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.