İstiqraz haqqında
Kütləvi buraxılması nəzərdə tutulan faizli, təmin edilməmiş, sənədsiz, adlı Embafinans istiqrazlarının 2-ci buraxılış üzrə həcmi 3 000 000 AZN təşkil edir. İllik 13% gəlirliliyə malik istiqrazlar 3 aydan bir sabit gəlir təmin edir.
Üstünlükləri
- Sabit və yüksək gəlir təmin edən investisiya alətidir
- Qısamüddətli və likvid maliyyə vasitəsidir
- Etibarlı emitent tərəfindən təqdim olunur
Emitent haqqında
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 30.07.2012-ci il tarixili BKT-10 nömrəli lisenziya əsasında fəaliyyət göstərən Embafinans Bank Olmayan Kredit Təşkilatıdır. BOKT "Embafinans" QSC hazırda İstehlak və Mikro-biznes kreditləri məhsulları ilə bütün ölkə ərazisində fəaliyyət göstərir.
Emitentin maliyyə nəticələri ilə buradan tanış ola bilərsiniz.
