Sabit və yüksək qazanc imkanı: 9% gəlirlə FINCA-nın dollar istiqrazları

Təşəkkür edirik!

Müraciətiniz uğurla tamamlandı. Tezliklə sizinlə əlaqə saxlanılacaq.

İstiqraz haqqında


Kütləvi buraxılması nəzərdə tutulan faizli, təmin olunmamış FINCA Azərbaycanın dollar istiqrazlarının ümumi həcmi 5 000 000 USD təşkil edir. 1-ci buraxılış üzrə həcm isə 3 000 000 USD nəzərdə tutulub. İllik 9% gəlirliliyə malik istiqrazlar 3 aydan bir sabit gəlir təmin edir.

Üstünlükləri


- Sabit və yüksək gəlir təmin edən investisiya alətidir;
- Qısamüddətli və likvid maliyyə vasitəsidir;
- Etibarlı emitent tərəfindən təqdim olunur;

Emitent haqqında


1999-cu ildə əsası qoyulmuş FINCA Azərbaycan ölkə üzrə 26 filialı ilə fəaliyyət göstərən minlərlə kiçik sahibkara xidmət edir. Təşkilat 5 qitədə 15 bank və mikromaliyyə institutu vasitəsilə 3,4 milyon müştəriyə xidmət göstərən FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir.

Emitentin maliyyə nəticələri ilə buradan tanış ola bilərsiniz.