İstiqraz haqqında
Kütləvi buraxılması nəzərdə tutulan faizli, təmin olunmamış FINCA Azərbaycan istiqrazlarının ümumi həcmi 1 000 000 AZN təşkil edir. İllik 15% gəlirliliyə malik istiqrazlar 3 aydan bir sabit gəlir təmin edir.
Üstünlükləri
- Sabit və yüksək gəlir təmin edən investisiya alətidir
- Qısamüddətli və likvid maliyyə vasitəsidir
- Etibarlı emitent tərəfindən təqdim olunur
Emitent haqqında
1999-cu ildə əsası qoyulmuş FINCA Azərbaycan ölkə üzrə 26 filialı ilə fəaliyyət göstərən minlərlə kiçik sahibkara xidmət edir. Təşkilat 5 qitədə 15 bank və mikromaliyyə institutu vasitəsilə 3,4 milyon müştəriyə xidmət göstərən FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir.
Emitentin maliyyə nəticələri ilə buradan tanış ola bilərsiniz.