Unicapital ilə PAŞA Bank-ın səhmdarı olun: Tarixi IPO

AZN

Təşəkkür edirik!

Müraciətiniz uğurla tamamlandı. Tezliklə sizinlə əlaqə saxlanılacaq.

  • Emitentin adı: "PAŞA Bank" ASC
    Emitentin adı: "PAŞA Bank" ASC
  • İlkin qiymət 55 AZN
    İlkin qiymət: 55 AZN
  • Ticarət üsulu: Kütləvi/Abunə yazılışı
    Ticarət üsulu: Kütləvi/Abunə yazılışı
  • Abunə yazılışı: 13 aprel-12 may
    Abunə yazılışı: 13 aprel-12 may
  • Buraxılış sayı: 932,926
    Buraxılış sayı: 932,926

PAŞA Bank səhmlərini kim ala bilər?

İlkin Kütləvi Təklifdə həm fiziki, həm də hüquqi şəxslər iştirak edə bilərlər.
İlk növbədə fiziki şəxslərin sifarişlərinə üstünlük veriləcək. Fiziki şəxslərin sifarişləri tam təmin edildikdən sonra hüquqi şəxslərin sifarişləri icra ediləcək.

PAŞA Bank səhmlərini kim ala bilər?

Emitent haqqında

2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Bankın baş ofisi Bakıda yerləşir. Paytaxtda və ölkənin bölgələrində ümumilikdə 5 biznes-mərkəzi, 3 filial fəaliyyət göstərir. 2013-cü ildən etibarən Bank Gürcüstanda, 2014-cü ildən isə Türkiyədə təmsil olunur.

PAŞA Bank aktivlərinin həcminə görə TOP-3 banklar siyahısına daxildir. Emitentin maliyyə nəticələri ilə buradan tanış ola bilərsiniz.

Qeydiyyat

Tez-tez verilən suallar

IPO nədir?

İngilis dilində “Initial Public Offering” birləşməsinin qısaldılması olan və İlkin Kütləvi Yerləşdirmə mənasını verən IPO şirkətlərin əlavə kapital cəlb etmələri üçün keçdiyi prosesdir. Digər sözlə, şirkət səhmlərini birja vasitəsilə satışa çıxarır və investorlar həmin səhmləri ala bilir.

IPO nə üçün keçirilir?

İlkin Kütləvi Təklifin keçirilməsində əsas məqsədlər aşağıdakılardır:

• Əlavə kapital cəlb etmək və geniş investor kütləsinə çıxmaq. Toplanılan vəsait həm mövcud istiqamətlərin inkişafında, həm də yeni layihələrin maliyyələşdirilməsində istifadə oluna bilər.

• Müsbət reputasiya. IPO əsasən ictimaiyyətə açıq şəkildə həyata keçirildiyi üçün, istər cari sektor, istərsə də investorlar arasında şirkətin nüfuzunu artırır və güvən yaradır.

• Likvidlik. IPO emitentin qiymətli kağızlarının asanlıqla fond birjası üzərindən alınıb satılmasına səbəb olur. Bu isə öz növəsində şirkətin bazar dəyərinin yüksəlməsinə müsbət təsir göstərir.

Dividend nədir və PAŞA Bank nə qədər dividend ödəyəcək?

Dividend – şirkətin mənfəətinin səhmdarlar arasında bölüşdürülən hissəsidir.
İnvestorlar dividendləri sahib olduqları səhmlərin sayına uyğun alırlar.

PAŞA Bank xalis mənfəətin təxminən 30-40%-ni dividend kimi bölüşdürməyi planlaşdırır.

Bu göstərici aşağıdakılardan asılıdır:
• Maliyyə nəticələri
• Tənzimləyici tələblər
• Səhmdarların qərarı

Nümunə:
Əgər bankın xalis mənfəəti 100 milyon AZN təşkil edirsə və ödəniş nisbəti 40%-dirsə, 40 milyon AZN səhmdarlara dividend kimi paylanacaq.

IPO-nun investor üçün üstünlükləri nələrdir?

IPO-da iştirak edən investorlar aşağıdakı üstünlükləri qazanırlar:

• Böyümə mərhələsində olan şirkətə investisiya etmək imkanı

• Güclü bazar mövqeyinə malik şirkətdə pay sahibi olmaq

• Səhmin qiymət artımından qazanc əldə etmək

• Dividend əldə etmək imkanı

• Şəffaf və əlçatan səhmdarlıq modeli

Dividendlər vergiyə cəlb olunurmu?

Dividendlər 5% mənfəətdən tutulan vergi ilə vergiyə cəlb olunur, lakin hazırkı qanunvericiliyə əsasən 1 fevral 2028-ci il tarixinədək vergidən azaddır (Vergi Məcəlləsi, 102.1.22-2-ci maddə).

Qeyd: Vergi tətbiq olunduğu halda, məbləğ dividend ödənilməzdən əvvəl avtomatik tutulur.

IPO qeydiyyat dövründə faiz gəliri necə hesablanır?

IPO qeydiyyat dövründə sifariş məbləğinin hesabda qaldığı müddət ərzində investorların illik 5% əlavə gəlir əldə etmək imkanı mövcuddur.

*Faizlərin hesablanması (vergi daxil olmaqla) qeydiyyat müddəti ərzində aparılır və abunə yazılışı bitdikdən sonrakı bir neçə gün ərzində investorun hesabına köçürülür

Siz də səhmlərin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində PAŞA Bank-ın səhmdarı olun!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Siz də səhmlərin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində PAŞA Bank-ın səhmdarı olun!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Siz də səhmlərin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində PAŞA Bank-ın səhmdarı olun!

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.