Treyder

Unicapital "Treyder" vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

Tələb və öhdəliklər

Öhdəliklər:

  • Müştərilərdən sifarişləri vaxtında və dəqiq qəbul edib icra etmək, ticarət qaydalarına və tənzimləmələrə riayət olunmasını təmin etmək

  • Sorğuları cavablandırmaq, ticarətlə bağlı məsələləri peşəkarcasına və vaxtında həll etmək, müştərilər və kontragentlərlə müntəzəm və səmərəli ünsiyyəti qurmaq

  • Dividendlər, "stock splits and mergers" kimi məlumatların düzgün emal edilməsi və müştərilərə çatdırılması

  • Tənzimləyici tələblərə və daxili risk idarəetmə qaydalarına uyğun olaraq, müştərilər üçün ticarət limitlərini təyin etmək və onlara nəzarət etmək

  • Səhmlər, istiqrazlar, törəmə maliyyə alətləri və digər ticarət edilən aktivlər daxil olmaqla, maliyyə alətlərinin mövcudluğu və statusu barədə aktual məlumatların təmin olunmasına nəzarət etmək

  • Fərqli birjaların bazar cədvəlləri və ticarət saatları haqqında məlumatlı olmaq və təyin edilmiş bazar saatları çərçivəsində əməliyyatların düzgün icrasını təmin etmək

  • Müvafiq sistemlər və alətlərdən istifadə edərək əməliyyatlar, müştəri əlaqələri və digər aidiyyəti məlumatlar barədə hərtərəfli və dəqiq qeydlərin aparılması

  • Tənzimləyici və uyğunluq siyasətinə riayət etmək, potensial risklərin qarşısını almaq üçün əməliyyatları izləmək, pozuntular olduğu təqdirdə dərhal aidiyyəti üzrə məlumat vermək

Tələblər:

  • Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi

  • Maliyyə xidmətləri sahəsində, xüsusilə investisiya şirkəti və ya broker xidməti göstərən şirkətdə analoji vəzifədə təcrübə

  • Maliyyə bazarları, alətlər və ticarət strategiyaları barədə biliklər

  • Müştərilər və kontragentlərlə effektiv əlaqə yaratmaq üçün mükəmməl ünsiyyət və şəxsi bacarıqlar

  • Ticarət sistemləri və platformaları üzrə təcrübə

  • Detallara diqqət və problem həll etmə qabiliyyəti, güclü analitik bacarıqlar

  • Təzyiq altında işləmək və zamanı idarə etmək bacarıqları

  • Tənzimləyici qaydalar və uyğunluq tələbləri ilə tanışlıq

  • Namizəd işə qəbul olunduqdan sonra brokerlik lisenziyası imtahanını verməlidir, lakin bu, vəzifəyə qəbul üçün tələb olunmur

  • İngilis dili biliyi

Komandamıza qoşulun!

"CV"nizi qeyd olunan ünvana göndərməyiniz xahiş olunur: [email protected]

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Treyder

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Treyder

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Treyder

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi