Daxili auditor

Unicapital “Daxili auditor” vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir.

Tələblər və öhdəliklər

Vəzifə öhdəlikləri:


  • Öz vəzifələrinin icrası zamanı fəaliyyətinin qanunvericiliyə uyğun olmasını təmin etmək;
  • Cəmiyyətin ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə mütəmadi olaraq yoxlamalar aparmaq;
  • Cəmiyyətin əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq etmək, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarmaq;
  • Aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyələr işləyib hazırlamaq;
  • Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktı müvafiq qaydada sənədləşdirmək;
  • Aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat vermək;
  • Cəmiyyətin əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət prosesinin qiymətləndirilməsi;
  • Mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil etmək;
  • İnzibati nəzarət mexanizmləri və qaydaların, habelə əməliyyatların səmərəliyinə qiymət vermək;
  • Yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu yoxlamaq;
  • Fəaliyyəti ilə əlaqədar əldə etdiyi kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməmək və məxfilik prinsipinə əməl etmək.

Namizədə dair tələblər:


  • Ali təhsili;
  • Müvafiq sahə üzrə 2 (iki) il təcrübə;
  • Risklərinin anlaşılması, tanınması, qiymətləndirilməsi və idarə olunması bacarığı;
  • Yüksək intellektual səviyyə və analitik qabiliyyət;
  • Beynəlxalq və kənar auditlərin aparılması qaydaları və prinsiplərini bilmək;
  • Azərbaycan dili üzrə sərbəst, İngilis və Rus dilləri üzrə orta səviyyədə (Intermediate) bilik.

Komandamıza qoşulun!

"CV"nizi qeyd olunan ünvana göndərməyiniz xahiş olunur: [email protected]

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Daxili auditor

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Daxili auditor

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Qlobal səhm və kripto bazarlarına çıxış əldə edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Daxili auditor

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.