Foreks əməliyyat üzrə mütəxəssis

Unicapital “Forex əməliyyat üzrə mütəxəssis” vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir.

Tələblər və öhdəliklər

Vəzifə öhdəlikləri:

  • Müştərilərin uçotunun aparılması və müvafiq məlumatların sistemdə düzgün şəkildə qeydiyyatı
  • Müştəri üçün hesab açılışı prosesinin həyata keçirilməsi, tələb olunan sənədlərin toplanması və yoxlanılması
  • Müştəri sənədlər toplusunun saxlanılması, arxivləşdirilməsi və müvafiq qaydalara əsasən sistemdə saxlanılması
  • Müştərilərin mədəxil və məxaric sorğularının qəbul edilməsi, yoxlanılması və vaxtında icrası
  • Gündəlik əməliyyat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Müştərilərə aid fərdi əməliyyat hesabatlarının və çıxarışların hazırlanması
  • Bank və broker hesabları üzrə əməliyyatların uyğunluğunun yoxlanılması
  • Daxili əməliyyat sistemləri üzərindən əməliyyatların nəzarətdə saxlanılması
  • Əməliyyatlarla bağlı uyğunsuzluqların müəyyən edilməsivə rəhbərliyə məlumat verilməsi
  • Şirkətin daxili qayda və prosedurlarına, həmçinin tənzimləyici tələblərə əməl olunmasının təmin edilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə)
  • Bank, investisiya və ya Forex sahəsində əməliyyat / back office üzrə iş təcrübəsi (arzuolunandır)
  • Forex əməliyyatlarının (depozit, çıxarış, trade settlement və s.) prinsipləri barədə ümumi anlayış
  • Dəqiqlik, məsuliyyət və vaxtında icra bacarığı
  • MS Excel, Word və digər ofis proqramlarında sərbəst işləmə bacarığı
  • Məlumatların gizliliyinə və daxili əməliyyat prosedurlarına riayət etmə bacarığı
  • Komanda ilə işləmək, operativ qərarvermə və stress altında diqqətli işləmək bacarığı
  • Forex əməliyyat platformaları (MT4/MT5) ilə tanışlıq
  • Maliyyə sənədləri, əməliyyat hesabatları ilə işləmək bacarığı
  • İngilis dili biliyi
  • Yeni proseslərə tez adaptasiya olmaq və öyrənməyə açıq olmaq.

Komandamıza qoşulun!

"CV"nizi qeyd olunan ünvana göndərməyiniz xahiş olunur: [email protected]

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks əməliyyat üzrə mütəxəssis

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Foreks əməliyyat üzrə mütəxəssis

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Qlobal səhm və kripto bazarlarına çıxış əldə edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks əməliyyat üzrə mütəxəssis

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.