Tələblər və öhdəliklər
Vəzifə öhdəlikləri:
- Şöbə müdiri tərəfindən müəyyən edilmiş iş planına uyğun olaraq hesabatlılıq üzrə gündəlik əməliyyatları icra etmək
- Cəmiyyətin maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək, məlumatların düzgünlüyünü və tamlığını təmin etmək
- Maliyyə hesabatlarının hazırlanması (BS, P&L, Cash Flow)
- Maliyyə hesabatlarının IFRS və daxili tənzimləyici tələblərə uyğunluğunu yoxlamaq və uyğunsuzluqları rəhbərliyə bildirmək
- Kənar və daxili audit prosesləri zamanı tələb olunan maliyyə və analitik məlumatları hazırlamaq və təqdim etmək
- Büdcə planlaşdırılması prosesində iştirak etmək, faktiki və büdcə göstəriciləri üzrə müqayisəli analizlər aparmaq
- MIS, menecment və analitik hesabatların hazırlanmasında iştirak etmək, hesabatların vaxtında və keyfiyyətli təqdim olunmasını təmin etmək
- Satış kanalları, məhsullar, biznes modelləri və müştərilər üzrə gəlirlilik və performans analizləri aparmaq
- Rəhbərlik üçün qərar qəbuletməni dəstəkləyən analitik hesabatlar və təqdimatlar hazırlamaq
- Daxili hesabat sistemləri məlumatların toplanması, təhlili və yenilənməsini həyata keçirmək
- Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək
- Bonus, motivasiya və performans göstəriciləri üzrə hesabatların hazırlanmasında iştirak etmək
- Nəzarət orqanı tərəfindən tələb edilən requlyativ hesabatların hazırlanması
- Avtomatlaşdırılmış hesabat alətlərinin qurulması və optimallaşdırılması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Namizədə dair tələblər:
- Ali iqtisadi təhsil
- Mühasibat uçotu və IFRS bilikləri
- Vergi və maliyyə qanunvericiliyini başa düşmək
- Excel biliyi (pivot, lookup, formulas)
- 1C proqramında işləmə təcrübəsi
- SQL və Power BI üzrə biliklər üstünlük hesab olunur.