Rəqəmsal marketinq üzrə kiçik mütəxəssis

Unicapital "Rəqəmsal marketinq üzrə kiçik mütəxəssis" vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

Tələb və öhdəliklər

Vəzifə və öhdəliklər:


  • Şirkətin və xidmətlərinin rəqəmsal marketinq planlarının, fəaliyyətlərinin, həmçinin kampaniyalarının hazırlanması və icrasını təmin etmək;
  • Kampaniyaların, həmçinin digər rəqəmsal marketinq fəaliyyətlərinin effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və optimizasiya edərək təkmilləşdirmək;
  • A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentlərinin və kanalların effektivliyini təhlil etmək;
  • Rəqəmsal kanallar vasitəsilə (Axtarış sistemləri, Google advertising, Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq və.s) şirkətin brendi və məhsullarının potensial hədəf kütləyə çatdırılmasını və reklamların yayımlanmasını, həmçinin optimizasiyasını təmin etmək;
  • Rəqiblərin rəqəmsal və biznes fəaliyyətlərinin analizi, həmçinin hipotezlərin formalaşdırılması;
  • Məzmun yazarı ilə birgə çalışaraq veb-saytların "SEO friendly" olmasını təmin etmək;
  • Komanda ilə birgə çalışaraq marketinq fəaliyyətlərinin rəqəmsal istiqamətlərdə düzgün tətbiqi və adaptasiyasını təmin etmək;
  • Veb-saytların Technical, On-Page və Off-Page SEO işlərini icra etmək;
  • Rəqəmsal marketinq istiqaməti ilə bağlı vendorlarla mütəmadi əlaqədə olmaq;
  • Marketinq və Rəqəmsal trendlərin izlənilməsi, həmçinin onların tətbiqi ilə bağlı təkliflər və təşəbbüslər hazırlayıb irəli sürmək;
  • Kampaniyalar, məhsul və xidmətlərlə bağlı kreativ ideya və məzmunların hazırlanmasında iştirak etmək;
  • İcra edilən fəaliyyətlər və onların nəticəsi haqqında hesabatlar hazırlayıb təqdim etmək;
  • Satış komandası və biznes istiqamətləri üzrə sıx kommunikasiyada olmaq;

Namizədə dair tələblər:


  • Rəqəmsal marketinq üzrə ən az 1 il iş təcrübəsi;
  • Marketinq, Biznes və ya maliyyə ixtisası üzrə təhsil;
  • Azərbaycan dilində şifahi və yazılı olmaqla yüksək ünsiyyət qura bilmə bacarığı;
  • İngilis dili biliyi;
  • Marketinqin əsasları ilə bağlı dərin biliklərə sahib olmaq;
  • Rəqəmsal marketinq kanalları üzrə fundamental biliklər və real təcrübəyə sahib olmaq (Display/Video/Mobile/Programmatic Advertising, SMM, SEO/SEM, Content, Email, SMS və Influencer marketing, Branding, Web Design və s.).
  • Rəqəmsal marketinq alətlərindən və platformalarından istifadə etməyi bacarmaq;
  • Süni intellekt alətlərindən istifadə bacarığına sahib olmaq;
  • UX/UI optimizasiyası üzrə fundamental bilik və təcrübəyə sahib olmaq;
  • Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq;
  • Analitik düşüncəyə, həmçinin analiz və araşdırma bacarıqlarına sahib olmaq;

Üstünlüklər:


  • Data-driven marketinq yanaşması və məhsul metrikləri ilə işləmə bacarığı;
  • İnvestisiya, FinTech, bank və ya maliyyə sahəsində təcrübə;
  • Proqramlaşdırma və Kodlaşdırmaya dair fundamental biliklərə sahib olmaq;
  • Beynəlxalq sertifikatlara sahib olmaq.

İş barədə məlumat:


  • İş vaxtı: I-V günlər, saat 09:00-18:00;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən, müsahibə əsnasında müəyyən ediləcək;
  • Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza Biznes Mərkəzi, 10-cu mərtəbə.

Komandamıza qoşulun!

"CV"nizi qeyd olunan ünvana göndərməyiniz xahiş olunur: [email protected]

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Rəqəmsal marketinq üzrə kiçik mütəxəssis

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Rəqəmsal marketinq üzrə kiçik mütəxəssis

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Rəqəmsal marketinq üzrə kiçik mütəxəssis

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.