Kiçik treyder

Unicapital "Kiçik treyder" vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

Tələb və öhdəliklər

Vəzifə öhdəlikləri:


  • Tələb edildikdə müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək;
  • Müvafiq ixtisas şəhadətnaməsi olduğu təqdirdə təyin edilmiş səlahiyyətlər çərçivəsində müştərilərin sifarişlərini qəbul etmək;
  • Müştərilərin məlumatlandırılmasının təmin edilməsi;
  • Müştərinin aktivləri və həyata keçirdiyi investisiya xidmətləri (əməliyyatları) barədə hesabatlar hazırlamaq;
  • Müvafiq hesabatların və təklifləri rəhbərliyə təqdim etmək;
  • Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılmaq, problemlərin araşdırılmasında iştirak etmək;
  • Müştərilərə xidmətin keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərə baxılması üçün təqdim etmək;
  • Müştərilər haqda analitik informasiyalar hazırlamaq;
  • Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək;
  • Yeni növ məhsulların/xidmətlərin yaradılması və tətbiqi prosesində iştirak etmək;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
  • Səlahiyyətləri çərçivəsində müştəri sorğularını cavablandırılmasında iştirak etmək;
  • Müxtəlif işçi qrupların tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək;
  • Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Namizədə dair tələblər:


  • Ali iqtisadi təhsil;
  • Sahə üzrə 1 il iş təcrübəsi;
  • İcra etdiyi vəzifə öhdəliyi ilə bağlı zəruri requlyativ sertifikata/şəhadətnaməyə malik olmaq;
  • Şirkətin məhsul və xidmətlərinin bütün növlərini bilmək;
  • İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
  • Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
  • Korporativ davranış normalarını bilmək;
  • Şirkətdaxili prosedurları, habelə Nəzarət orqanının rəhbər göstərişlərini bilmək;
  • Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı);
  • Azərbaycan dili üzrə sərbəst bilik;
  • İngilis dili üzrə orta səviyyədə, Rus dili üzrə baza bilikləri;
  • Kollektivlə ünsiyyət qurmaq bacarığı.

Komandamıza qoşulun!

"CV"nizi qeyd olunan ünvana göndərməyiniz xahiş olunur: [email protected]

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Kiçik treyder

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Kiçik treyder

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Kiçik treyder

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.