Tələb və öhdəliklər
Vakansiya haqqında:
Biz broker şirkətləri, banklar və digər maliyyə institutlarından ibarət müştəri portfeli üzrə əsas əlaqələndirici şəxs olacaq Müştəri təcrübəsi üzrə mühəndis axtarırıq.
Vəzifə dərin texniki biliklər tələb edir. Siz SQL verilənlər bazası, Windows server, şəbəkə əlaqələri və ticarət platforması ilə bağlı problemləri qiymətləndirəcək, araşdıracaq və həll edəcəksiniz. Həmçinin bu vəzifədə müştəriyönümlü düşüncə tərzi nümayiş etdirərək müştərilərlə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq və onların ehtiyaclarını qabaqcadan nəzərə alaraq ünsiyyət saxlamaq vacibdir. Beynəlxalq komanda ilə sıx əməkdaşlıq edəcəksiniz.
Vəzifə öhdəlikləri:
Texniki problemlərin həlli:
- Daxil olan müraciətləri obyektiv təsir matrisi (objective impact matrix ) əsasında dəqiq şəkildə qiymətləndirmək və təsnifləndirmək;
- Ticarət platformasında yaranan problemləri, o cümlədən serverlərarası əlaqə, sistem inteqrasiyaları, SQL/T-SQL verilənlər bazaları və Windows server ilə bağlı məsələləri araşdırmaq və həll etmək;
- Virtual şəbəkələr və təhlükəsiz sistemləri arasında girişə nəzarətlə bağlı problemləri araşdırmaq, şifrələmə və təhlükəsiz rabitə konfiqurasiyalarının qurulması və dəstəklənməsində iştirak etmək;
- Sistemlərin inteqrasiyasına və yerləşdirilməsinə (deployments) dəstək göstərmək, həmçinin nasazlıqların aradan qaldırılması üçün görülən addımları ümumi bazada sənədləşdirmək;
- Zərurət yarandıqda məsələni mühəndislik komandasına yönləndirmək, lakin bütün proses boyunca müraciət üzrə məsul şəxs olaraq qalmaq;
- Prosesin hər mərhələsində müştəriləri yeniliklər barədə məlumatlandırmaq
- Hər bir müraciəti tam və düzgün şəkildə yekunlaşdırmaq.
Müştəri təcrübəsi və əlaqələrin idarə edilməsi:
- Təyin olunmuş müştəri hesabları üzrə əlaqələrin bütün mərhələlərini idarə etmək;
- Hər bir müştəri ilə müntəzəm görüşlər təşkil etmək, açıq qalan məsələləri nəzərdən keçirmək, platformadakı yenilikləri bölüşmək və gözləntiləri qarşılıqlı şəkildə dəqiqləşdirmək;
- Müştəri məmnuniyyətini izləmək: açıq müraciətlərin gözləmə müddətini, yenidən açılan müraciətlərin sayını və müştəri rəylərini təhlil etmək.
Namizədə dair tələblər:
- Kompüter elmləri, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
- Texniki dəstək, tətbiqlərə dəstək və ya müştərilərlə birbaşa ünsiyyət tələb edən oxşar texniki vəzifələrdə 2–5 il iş təcrübəsi;
- Windows əməliyyat sistemi, sistem inzibatçılığı və server konfiqurasiyası üzrə güclü biliklər;
- SQL/T-SQL verilənlər bazaları ilə praktiki iş təcrübəsi, sorğuların yazılması və performans problemlərinin araşdırılması bacarığı;
- Kompüter elmlərinin əsasları, o cümlədən verilənlərin strukturları, alqoritmlər, əməliyyat sistemləri və proqram təminatının layihələndirilməsi üzrə güclü biliklər;
- Güclü texniki problem həll etmə bacarığı, aydın və peşəkar şifahi və yazılı ünsiyyət qabiliyyəti.
Üstünlüklər:
- PHP, JavaScript, jQuery, Angular, CSS, HTML5 və Bootstrap kimi front-end texnologiyaları üzrə biliklər;
- Fintech, broker xidmətləri və ya maliyyə xidmətləri sektorunda iş təcrübəsi;
- Ticarət platformaları, sifarişlərin idarə edilməsi sistemləri (OMS) və ya kapital bazarlarının əməliyyat fəaliyyətini dəstəkləyən sistemlərlə iş təcrübəsi.