“METAK” istiqrazlarına 8 investordan maraq - TAM SATILDI

17 may 2019-ci il tarixində Bakı Fond Birjasında “METAK” MMC-nin 3 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

"Marja" Birjaya istinadən xəbər verir ki, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olmuşdur. Sifarişlər 8 investor tərəfindən əqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 milyon manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 milyon manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 17 may 2020-ci ildir.

“METAK” MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar seqmentində listinqdədir.

Qeyd edək ki, yerləşdirmənin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” idi.

Source: Marja.az

“METAK” istiqrazlarına 8 investordan maraq - TAM SATILDI

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

“METAK” istiqrazlarına 8 investordan maraq - TAM SATILDI

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi