Məxfilik siyasəti
Anlayışlar
Fərdi məlumat – şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;
Fərdi məlumatların dövriyyəsi – toplanması, emalı, işlənməsi, verilməsi, istifadəsi, mühafizəsinin təmin edilməsi üzrə tədbirlər sistemi;
Fərdi məlumatların subyekti – barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs
Fərdi məlumatların toplanılmasına razılıq
"Unicapital İnvestisiya Şirkəti" ASC olaraq başa düşürük ki, bizimlə paylaşdığınız fərdi məlumatların məxfiliyi və təhlükəsizliyi mühimdir. "Unicapital İnvestisiya Şirkəti" ASC-də hesab açmaqla və ya bütün mövcud kanallar vasitəsilə şirkətimizin təqdim etdiyi məhsul, xidmət və tətbiqlərdən istifadə etməklə, məxfilik siyasətinə (bundan sonra, Siyasət) uyğun olaraq fərdi məlumatlarınızı toplamağımıza və istifadə etməyimizə dair razılıq verirsiniz.
Bu siyasət öz fərdi məlumatlarını "Unicapital İnvestisiya Şirkəti" ASC ilə paylaşan və ya bizim vebsaytlarımızdan, treydinq platformalarımızdan, proqram təminatlarmızdan, elektron tətbiqlərimizdən və sosial media səhifələrimizdən istifadə edən şəxslərə şamil edilir. Lütfən, fərdi məlumatlarınızı necə topladığımız, istifadə etdiyimiz, qoruduğumuz və ya bu məlumatları necə emal etdiyimiz barədə aydın təsəvvür formalaşdırmaq üçün bu Siyasəti diqqətlə oxuyun
Fərdi məlumatlarınızı necə toplayırıq
Fərdi məlumatlarınızı sizdən əldə edərək toplayır və emal edirik.
Hansı fərdi məlumatlarınızı toplayırıq
Topladığımız məlumatlara qeyd edilənlərlə məhdudlaşmamaq şərti ilə, aşağıdakılar aid ola bilər:
- hesabın açılması üçün müraciət və ya veb-saytlarımızda, yaxud tətbiqlərimizdə qeydiyyat prosesi zamanı təqdim edilən məlumatlar;
- istənilən elektron tətbiqimizin və ya internet saytımızın istifadəsi zamanı (buraya adınız, doğum tarixiniz, elektron poçt ünvanınız, telefon nömrəniz, VÖEN-iniz və s. aid edilə bilər) təqdim edilən məlumatlar;
- "Unicapital İnvestisiya Şirkəti" ASC vasitəsilə həyata keçirdiyiniz əməliyyatlar (müraciətlər, alqı-satqılar, sifarişlər və s.) nəticəsində əldə edilən məlumatlar;
- Qanuni əsaslarla üçüncü tərəflərdən əldə edilən məlumatlar;
- İnternetdə kuki fayllar vasitəsilə əldə edilən məlumatlar (daha ətraflı məlumat üçün bu Siyasətin müvafiq bəndinə nəzər yetirin);
- İstifadə seansınız zamanı sizə kömək edəcək və istifadə təcrübəsinin yaxşılaşdırılmasına yönəlmiş digər məlumatlar.
Məlumatı nə zaman toplayırıq
Siz sifariş verərkən, treydinq fəaliyyətlərini icra edərkən, sorğu və ya marketinq kommunikasiyasını cavablandırarkən, veb səhifələrimizi vərəqləyərkən, elektron platformalar, veb-sayt və digər elektron resurslardan/xidmətlərdən istifadə edərkən, xəbər bülletenlərimizlə tanış olmaq üçün hesaba daxil olarkən, saytımızda və tətbiqlərimizdə məlumat daxil edərkən məlumatlarınızı toplayırıq
Məlumatlarınızdan necə istifadə edirik
Topladığımız məlumatları aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:
- Ən son təkmilləşdirmələr, elanlar, xidmətlər, məhsullar və texnologiyalar barədə məlumatlılığınızı təmin etmək üçün sizinlə əlaqə yaratmaq məqsədilə;
- Müştəri sorğuları, marketinq kampaniyaları, bazar təhlili və promoaksiyaları həyata keçirmək məqsədilə;
- Sizin üçün daha yaxşı istifadəçi seansı və effektiv kommunikasiya təmin etmək üçün fərdiləşdirilmiş istifadəçi profili yaratmaq məqsədilə;
- Tranzaksiyalarınızı sürətli emal etmək məqsədilə;
- Biznesimizi və (və ya) xidmətlərimizi icra etmək, onların monitorinqini və təhlilini həyata keçirmək, həmçinin hüquq və öhdəliklərimizi icra etmək məqsədilə;
- Xidmətlərimizdən istifadə edərkən və ya məlumat üçün müraciət edərkən yarana biləcək müraciət və ya sorğularınızı cavablandırmaq məqsədilə;
- Sizi (təşkilatınızı) investisiya xidmətləri ilə, o cümlədən platformamızda və digər elektron resurslarımızda mövcud olan digər xidmətlərimizlə təmin etmək məqsədilə;
- Sizinlə və ya təşkilatınızla bağlana biləcək müqavilələrə əsasən xidmətlər təmin etmək məqsədilə;
- Müraciətlərinizi cavablandırmaq və daha sonra sizinlə əlaqə yaratmaq məqsədilə;
- Daha yaxşı istifadə seansı təmin etmək üçün sizinlə əlaqə yaratmaq məqsədilə (buraya sizin üçün maraqlı ola biləcək xüsusiyyətlər, funksionallıq və xidmətlər daxil ola bilər);
- Sizi identifikasiya etmək və müraciətinizi təsdiq etmək məqsədilə;
- Müxtəlif təhlil və monitorinq metodlarından və vasitələrindən istifadə edərək monitorinqi həyata keçirmək məqsədilə;
- Məhsullarımızı və xidmətlərimizi hazırlamaq və təkmilləşdirmək, bazar tədqiqatı və məhsul təhlilini həyata keçirmək məqsədilə;
- Çirkli pulların yuyulması, terrorçuluq, dələduzluq və qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş digər cinayətlər və (və ya) sui-istifadə hallarının qarşısının alınması və aşkarlanması məqsədilə;
- Biznes fəaliyyətlərini icra etdiyimiz (edə biləcəyimiz) və ya məhsullarımızın öz mənşəyini aldığı istənilən ölkədəki müvafiq qanunlara riayət etmək məqsədilə;
- İstənilən hüquqi və tənzimləyici tələblərə, o cümlədən qabaqcıl təcrübəyə əsaslanaraq, hüquqi münasibətdə olduğumuz istənilən vergi orqanı ilə birbaşa və ya dolayı olaraq öz öhdəliklərimizi yerinə yetirmək məqsədilə.
Razılığın qanunla tələb olunduğu hallarda məlumatlarınızı birbaşa razılığınız əldə edildikdən sonra istifadə edəcəyik.
Fərdi məlumatlarınızı aşağıda qeyd olunan hüquqi əsasların biri və ya bir neçəsi çərçivəsində emal edə bilərik:
- Sizinlə olan müqavilənin və ya bu cür müqavilənin imzalanmasından əvvəlki addımların, o cümlədən müvafiq təlimatınızın icrası üçün məlumatların emalı zəruri olduqda;
- Hüquqi öhdəliklərimizə riayət etmək məqsədilə (məsələn, sosial müavinətlər üzrə qeydlərin və ya vergi məqsədləri üçün qeydlərin saxlanması üçün);
- Bu cür maraqlar sizin maraqlarınıza, əsas hüquq və azadlıqlarınıza xələl gətirmədiyi təqdirdə, qanuni maraqlarımız və ya fərdi məlumatlarınızı əldə edən üçüncü şəxslərin qanuni maraqları üçün emal zəruri olduqda.
Bundan əlavə, məlumatlarınızın emalı biz tərəfdən birbaşa sorğu edilən tələb və siz tərəfdən birbaşa verilən razılıq əsasında aparıla bilər.
Sizin fərdi məlumatlarınızı kimlə və hansı hallarda paylaşırıq
Sizin fərdi məlumatlarınızı satmırıq, mübadilə etmirik və kənar şəxslərə ötürmürük. Fərdi məlumatlarınızı aşağıdakı hallarda paylaşa bilərik:
- Fərdi məlumatlarınızı tətbiq olunan qanunla icazə verilən qaydada və tələb olunduğu hallarda bu cür xidmətlərin və ya məhsulların təmin edilməsi və digər işgüzar məqsədlərlə əlaqədar sizin üçün təmin etdiyimiz xidmətlərlə və ya məhsullarla birbaşa əlaqəsi olan xidmət təminatçılarımızla məxfi əsasla paylaşa bilərik.
- Əgər üçüncü tərəflərin təmin etdiyi hər hansı xidmətə abunə olmaq və ya giriş əldə etmək istəsəniz, bu zaman tələb etdiyiniz xidmətin təminatı üçün (məsələn, verilənlərin təhlili vasitələrinə, müəyyənləşdirilmiş şirkət profillərinə, bazar yeniliklərinə və s. abunə olarkən) zəruri həddə fərdi məlumatlarınızı üçüncü tərəfin xidmət təminatçıları ilə paylaşa bilərik
- Sizinlə bağlı məlumatı depozitar, birja, klirinq və ya hesablaşma sistemi və ya müvafiq sistemin digər iştirakçısı, likvidlik təminatçıları, qəyyumlar, vasitəçilər və digər şəxslərlə açıqlaya və təmin edə bilərik, lakin bu cür açıqlanma xidmətlərimizin təmin edilməsi ilə əməliyyatların icrası, idarə edilməsi və bildirilməsi və ya bu cür əməliyyatlar üzrə əlaqə yaradılması məqsədilə məqbul şəkildə nəzərdə tutulmalıdır;
- Tətbiq olunan qanunvericiliyə uyğun olaraq fərdi məlumatlarınızı iddialarının tərtib edilməsi, müdafiəsi, yaxud mübahisələrin alternativ həlli məqsədilə mediasiya təşkilatları, məhkəmələr, hüquq-mühafizə orqanları, maliyyə bazarlarına nəzarət orqanı, vəkillər və ya digər şəxslərlə paylaşa bilərik.
Əks halda fərdi məlumatlarınızı yalnız bununla bağlı bizə icazə verdiyiniz təqdirdə və ya tətbiq olunan qanunvericiliyə uyğun olaraq, məhkəmə və digər səlahiyyətli dövlət orqanlarının sorğuları əsasında təqdim edə bilərik.
Üçüncü tərəf bağlantıları
Veb-saytımızda üçüncü tərəf məhsullarını və ya xidmətlərini təqdim və ya təklif etmirik.
Fərdi məlumatlarınızı necə saxlayırıq
Fərdi məlumatlarınızın məxfiliyini qorumaq üçün qanunla tələb olunan həddə müvafiq texniki və təşkilati tədbirləri görür və fərdi məlumatların saxlanması, açıqlanması və onlara girişlə bağlı daxili prosedurlarımıza uyğun olaraq məlumatlarınızın təhlükəsizliyini təmin edirik. Fərdi məlumatlarınız informasiya texnologiyası sistemlərimizdə, podratçılarımızın sistemlərində və ya kağız daşıyıcılarda saxlana bilər.
Məlumatlarınızı necə mühafizə edirik
Elektron xidmətlərimizdən istifadənizi, o cümlədən veb-saytımıza girişinizi mümkün qədər təhlükəsiz vəziyyətə gətirmək məqsədilə elektron xidmət və məhsullarımız təhlükəsizliklə bağlı boşluqları və məlum zəiflikləri aşkarlamaq üçün müntəzəm şəkildə yoxlanılır.
Biz heç vaxt telefon, elektron poçt və digər oxşar kommunikasiya vasitələri ilə sizə aid kredit kartının nömrəsini tələb etmirik. Daimi olaraq zərərli proqramların aşkarlanmasını üçün müvafiq alətlərdən istifadə edirik.
Fərdi məlumatlarınız təhlükəsiz şəbəkələrdə saxlanılır və yalnız bu cür sistemlərə xüsusi giriş hüququ olan və məlumatın məxfiliyini qorumaqları tələb edilən məhdud sayda insan tərəfindən əlçatandır.
İstifadəçi sifariş yerləşdirdikdə, öz məlumatlarını daxil etdikdə, təqdim etdikdə və ya məlumatlara giriş etdikdə fərdi məlumatların təhlükəsizliyini qorumaq üçün bir sıra təhlükəsizlik tədbirlərini həyata keçiririk.
Fərdi məlumatların yenilənməsi
Təmin etdiyiniz fərdi məlumatların qeyri-dəqiq, etibarsız, əskik və ya natamam olmasından qaynaqlanan itkilərə görə məsuliyyət daşımırıq. Təmin etdiyiniz fərdi məlumatlarda hər hansı dəyişiklik olduqda və ya bizə etdiyiniz hər hansı müraciəti ləğv etmək istədikdə, lütfən, sizinlə olan müqaviləmizdə göstərilən mövcud kommunikasiya vasitələri ilə "Unicapital İnvestisiya Şirkəti" ASC ilə əlaqə saxlamaqla və ya qeydiyyatımızda olan hesabınız vasitəsilə [email protected] elektron poçt ünvanımıza yazaraq bunu bizə bildirin. Müraciəti sizin etdiyinizdən əmin olduqdan sonra icra etməyə başlayacağıq.
Fərdi məlumatlarınızı nə qədər müddət ərzində saxlayırıq?
Fərdi məlumatlarınızı daxili siyasətimizə uyğun olaraq müəyyənləşdirilə bilən formada saxlayırıq.
Fərdi məlumatlarınız qanuni, tənzimləyici və işgüzar tələbləri qarşılamaq üçün lazım olan müddət ərzində saxlanacaq. Qanunvericiliklə və (və ya) daxili siyasətlə tələb edildiyi halda bu müddət uzadıla bilər.
Spam elektron məktubların öhdəsindən necə gəlirik?
Elektron poçt ünvanından məlumat göndərmək, sorğuları və (və ya) digər müraciətləri və ya sualları cavablandırmaq üçün istifadə edirik. Bununla əlaqədar aşağıdakıları əsas götürürük:
- Saxta və ya aldadıcı mövzulardan və ya elektron poçt ünvanlarından istifadə etməmək;
- Reklam məzmunu daşıyan məktubları məqbul üsulla bildirmək;
- Biznes ünvanı və ya saytın ünvanını qeyd etmək;
- İstifadə edildiyi halda uyğunluq üçün üçüncü tərəfin elektron poçtla bağlı marketinq xidmətinə nəzarət etmək;
- Abunəlikdən imtina (abunəliyin ləğv edilməsi) ilə bağlı müraciəti sürətli icra etmək
Gələcək elektron məktubları almaqla bağlı abunəlikdən imtina etmək istədiyiniz zaman bizə elektron poçt vasitəsilə müraciət edə bilərsiniz və biz sizi bütün yazışmalardan dərhal kənarlaşdıracağıq
Kuki fayllardan (“cookies”) istifadə
İzlənmə məqsədləri üçün kuki fayllardan istifadə etmirik. Kuki fayllar yönləndirildikdə kompüterinizin sizə hər dəfə xəbərdarlıq etməsini və ya bütün kuki faylların kilidlənməsini seçə bilərsiniz. Bunu brauzerin parametrləri vasitəsilə etmək olar. Brauzeriniz nisbətən fərqli olduqda, kuki faylları düzgün tənzimləmək üçün brauzerinizin “Help” (kömək) menyusuna nəzər sala bilərsiniz. Kuki faylları kilidləndikdə bəzi funksiyalar deaktivləşəcək. Bu, veb-saytdan istifadə seansınızı daha səmərəli edəcək, lakin bəzi funksiyaların müvafiq qaydada işləməməsinə səbəb ola bilər. Bununla belə, siz hələ də sifariş yerləşdirə biləcəksiniz.
Uşaqların onlayn məxfiliyinin qorunması
Xüsusi olaraq 18 yaşdan aşağı fərdlər üçün məhsul satışı və ya xidmətlərin göstərilməsini həyata keçirmirik. 18 yaşdan aşağı fərdlərin fərdi məlumatlarının toplanması zamanı biz istifadənin valideynin nəzarəti altında olduğunu düşünürük.
Məxfilik Siyasətinin yenilənməsi
Hər hansı dəyişikliyi, məsələn, fərdi məlumatlarınızın emal üsulu və ya qanunvericilik tələbləri ilə bağlı dəyişiklikləri əks etdirmək məqsədilə bu Siyasəti vaxtaşırı olaraq yeniləmək və ona dəyişiklik etmək hüququnu saxlayırıq. Bu cür dəyişiklik baş verdiyi halda dəyişiklik edilmiş Siyasəti vebsaytımızda və ya digər vasitələrlə dərc edəcəyik. Bu dəyişikliklər veb-saytımızda və ya digər vasitələrlə dərc edilən kimi qüvvəyə minəcək.
Bizimlə əlaqə
Əgər bu Siyasət ilə bağlı hər hansı sualınız yaranarsa, aşağıdakı vasitəsilərlə bizimlə əlaqə saxlaya bilərsiniz:
Ünvan:
Azərbaycan Respublikası, Bakı şəhəri, 8 Noyabr prospekti 15, AZ1025
Elektron poçt:
Telefon:
117-5
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.