Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin

PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində abunə yazılışı rəsmi olaraq start götürüb. Bu haqda 13 aprel tarixində keçirilən mətbuat konfransında məlumat verilib.
Artıq hər bir investor Unicapital İnvestisiya Şirkəti vasitəsilə rahat şəkildə PAŞA Bank-ın səhmlərini əldə edə bilər: https://unicapital.az/ipo-pasha-bank/
Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində davam edəcək. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən olunub. Minimal alış sayı 1 səhmdir, maksimal say limiti isə qoyulmayıb. Proses həm fərdi, həm də hüquqi şəxslər üçün açıqdır.
IPO qeydiyyat dövründə sifariş məbləğinin hesabda qaldığı müddət ərzində investorların illik 5% əlavə gəlir əldə etmək imkanı mövcuddur.
*Faizlərin hesablanması (vergi daxil olmaqla) qeydiyyat müddəti ərzində aparılır və abunə yazılışı bitdikdən sonrakı bir neçə gün ərzində investorun hesabına köçürülür
Unicapital-ın Baş direktoru Vüqar Namazov da mətbuatla görüşdə çıxış edərək öz fikirlərini bölüşüb: “PAŞA Bank bu gün kapital bazarının ən güclü və etibarlı emitentlərindən biridir. Onun uzunmüddətli maliyyə göstəriciləri dayanıqlı inkişaf modelini və nümunəvi emitent təcrübəsini təsdiqləyir. Bu IPO yerli maliyyə bazarında yalnız investisiya imkanı deyil, eyni zamanda ölkənin ən iri banklarından birində pay sahibi olmaq fürsəti kimi dəyərləndirilir. Unicapital bu prosesdə əsas tərəfdaşlardan biri kimi yer alır və investorların IPO-ya çıxışı üçün əlçatan, şəffaf və operativ investisiya mühiti təmin edir”.
Səhm alışı etmək üçün tərəfdaşımız olan Leobank-a onlayn müraciət edə bilərsiniz.
Əlavə suallar üçün: +994 50 527 11 17
For consultation please leave a request
Your request has been sent successfully.
© 2026 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.