Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq

Unicapital İnvestisiya Şirkəti və Bakı Fond Birjası arasında PAŞA Bank səhmləri üzrə marketmeyker müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Unicapital adıçəkilən səhmlərin təkrar bazarda ticarətə buraxıldığı gündən etibarən marketmeyker funksiyasını icra etməyə başlayacaq.

Marketmeyker fəaliyyəti çərçivəsində Unicapital gündəlik olaraq təyin olunmuş qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edəcək.

Bu əməkdaşlıq nəticəsində bazarda likvidliyin artırılması, investorlar üçün daha operativ və əlverişli ticarət mühitinin formalaşdırılması təmin ediləcək. Marketmeyker fəaliyyəti sayəsində investorlar səhmlərin alqı-satqısını daha sürətli həyata keçirə, həmçinin iri həcmli əməliyyatları bazarda əlavə gecikmələr olmadan reallaşdıra biləcəklər.

İnvestorlar səhmlərin alışını Unicapital-a müraciət etməklə və ya Leobank tətbiqi üzərindən onlayn şəkildə həyata keçirə bilərlər.

Qeyd edək ki, abunə yazılışı üçün son tarix 12 may 2026-cı ildir.

Əlavə suallar üçün: +994 50 527 11 17

For consultation please leave a request

Your request has been sent successfully.

Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq

Thank You!

Your form has been succesufully send

Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq

Thank You!

Your form has been succesufully send