ABŞ-da böhran və tənəzzül təhlükəsi

ABŞ-da böhran və tənəzzül təhlükəsi.

ABŞ Mərkəzi Bankının sədri Povelin faizlərin artırılacağına dair bəyanatından sonra bəzi rəsmi nümayəndələrin çıxışlarında faizlərin kəskin artırılmasına qarşı olduqları aydın görünür. Senator Elizabet Uorren bazar günü “Federal Ehtiyat Sistemi”nin inflyasiyaya qarşı mübarizə planını hədəfləyərək mərkəzi bankın ABŞ iqtisadiyyatını tənəzzülə düçar edəcəyindən narahat olduğunu bildirib.


Massaçusetsdən olan demokrat CNN-in «State of the Union» verilişində «yüksək qiymətlərdən və güclü iqtisadiyyatdan daha pis nə olduğunu bilirsiniz?» deyə soruşub. O, sonra sualına cavab olaraq "Bunlar yüksək qiymətlər və işsiz milyonlarla insandır. Fed-in iqtisadiyyatı tənəzzülə aparacağından çox narahatam" deyə qeyd edib.

Uorren Fed-in sədri Jerom Povelin pul-kredit siyasətinin sərtləşdirilməsi ilə bağlı fikrini davam etdirərək, faiz dərəcələrinin artırılmasının cari inflyasiya təzyiqini dayandıra biləcəyinə inanmadığını bildirib. Fikrini davam etdirərək o bildirib ki, «“Covid” virusu dünyanın heç bir yerində tam aradan qalxmayıb. Hələ də tədarük zəncirində yubanmalar var, hələ də Ukraynada enerji qiymətini artıran müharibə davam edir. Faiz dərəcələrinin artırılması ilə qeyd edilən problemlər arasında birbaşa əlaqəli heç nə yoxdur» deyə qeyd edib.

Bu həftə izlənilməsi vacib olan məlumatlar aşağıdakılardır:


- ABŞ-da işsizliklə bağlı açıqlanacaq məlumatlar. Qeyd edək ki, iqtisadçıları narahat edən ən əsas məqam faizlərin kəskin artırılması ilə bağlı olaraq iqtisadi artımın səngiməsi fonunda işsizliklə bağlı problemlərin arta bilmə ehtimalıdır.
- Çindən gələn iqtisadi artımla bağlı siqnallar bir o qədər qənaətbəxş deyil. Çində “Covid”lə bağlı olan qapanmalar iqtisadi artıma neqativ təsir edib. Bu həftə bu qəbildən olan açıqlanacaq məlumatlar vacibdir.
- Avropanın qazla bağlı üzləşdiyi problem və “Şimal axını” qaz boru kəmərinin bir neçə günlük müddətə fəaliyyətini dayandırması xəbərləri fonunda qaz qiymətləri ilə bağlı məsələlərin və həmçinin onun Avropa iqtisadiyyatı üçün yarada biləcəyi problemləri və maliyyə bazarlarına təsirini nəzarətdə saxlamaq vacibdir.

For consultation please leave a request

Your request has been sent successfully.

ABŞ-da böhran və tənəzzül təhlükəsi

Thank You!

Your form has been succesufully send

ABŞ-da böhran və tənəzzül təhlükəsi

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

ABŞ-da böhran və tənəzzül təhlükəsi

Thank You!

Your form has been succesufully send