“Unicapital” İnvestisiya Şirkəti ASC-nin “Portfel idarəçiliyi" şöbəsi rəhbəri
İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə sahib S.İbadov 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunda 13 ilə yaxın müddət ərzində İnvestisiya departamentində müxtəlif vəzifələrdə çalışıb. O, treyder, baş treyder olaraq çalışdığı dönəmlərdə beynəlxalq bazarlarda treydinqə dair böyük təcrübə toplayıb.
Portfel meneceri vəzifəsində olduğu bir neçə il ərzində Fondun ən böyük paya sahib olan istiqraz və pul bazarı alətləri portfelini idarə edib. Sonradan karyerasını “PAŞA Həyat Sığorta” ASC-də investisiya şöbəsinin müdiri vəzifəsində davam etdirib. Bu illər ərzində o, bu sahədə yeni maliyyə alətlərinin yaradılması və şirkətin investisiya portfelinin idarə edilməsini həyata keçirib.
Hal-hazırda karyerasını maliyyə bazarının aparıcı investisiya şirkətlərindən biri olan "Unicapital İnvestisiya Şirkəti" ASC-də “Portfel idarəçiliyi" şöbəsi rəhbəri vəzifəsində davam etdirir.
Onun ümumilikdə maliyyə bazarları, maliyyə alətləri, investisiya və portfel idarəçiliyində 20 ildən artıq təcrübəsi var.