IPO (Initial Public Offering) - İlkin Kütləvi Yerləşdirmə nədir və necə keçirilir?

IPO (Initial Public Offering) - İlkin Kütləvi Yerləşdirmə nədir və necə keçirilir?

IPO (Initial Public Offering) - İlkin Kütləvi Yerləşdirmə nədir və necə keçirilir?

Hazırda ölkəmizdəki maliyyə sektorunun əsas gündəm mövzularından biri IPO-dur.

İngilis dilində “Initial Public Offering” birləşməsinin qısaldılması olan və İlkin Kütləvi Yerləşdirmə mənasını verən bu proses dövlət və özəl şirkətlərin əlavə kapital cəlb etmələri üçün keçdiyi prosesdir.

IPO (Initial Public Offering) - İlkin Kütləvi Yerləşdirmə nədir?

Bunu ədəbi dildə ifadə etsək: IPO şirkətin başda əlavə kapital cəlb etmək və digər əlavə qazanılacaq üstünlüklər əldə etmək məqsədilə, öz qiymətli kağızlarını qeyri-məhdud sayda satışa çıxarmasıdır.

Qiymətli kağızlarını bazara çıxaran şirkət emitent adlanır. Bildiyiniz kimi qiymətli kağızlar əsasən səhm və istiqraz olmaqla iki istiqamətdə ayrılır.

Səhm – səhmdarın səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını təsdiq edən qiymətli kağızdır. Səhmlər adi və imtiyazlı olmaqla iki cür olur. Səhmdarların hüququ isə bu bölgüyə əsasən formalaşır. Belə ki, imtiyazlı səhm sahibləri səhmdarı olduğu şirkətin dividend ödənişi zamanı adi səhm sahiblərinə nisbətdə üstünlük hüququ vardır. Əlavə olaraq səhmdar, malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququ daşıyır.

Adi səhm sahibləri isə aşağıdakı hüquqlara sahib olur:

  • şirkətin idarə olunmasında iştirak etmək;
  • şirkətin ləğvindən sonra qalan mülkiyyətdən pay almaq;
  • dividend almaq.

Səhmlərin İlkin Kütləvi Təklifi yalnız Açıq Səhmdar Cəmiyyətləri (ASC) həyata keçirə bilər. Yeləşdirmə yalnız investisiya şirkətinin anderrayterliyi ilə fond birjasında baş tutur.

IPO-nun əsas məqsədi nədir? IPO nə üçün keçirilir?

İlkin Kütləvi Təklifin keçirilməsində məqsədlər emitentin gözləntisinə əsasən müxtəliflik göstərir. Biz isə bu məqsədlərdən ən əsaslarını sizinlə paylaşacağıq:

  • Əlavə kapital cəlb etmək və geniş investor kütləsinə çıxmaq. Səhm və istiqrazları satışa çıxarılan şirkət yeni investorlar qazanmaqla yanaşı, şirkət tanınırlığının artması fonunda əlavə dəyər və kapital cəlb edir. Bu hal, onun daha da böyüməsinə və hətta gələcəkdə qlobal miqyasa çıxmasına təkan verir.
  • Müsbət reputasiya. IPO əsasən ictimaiyyətə açıq şəkildə həyata keçirildiyi üçün, istər cari sektor, istərsə də investorlar arasında şirkətin tanınırlığını artırır və güvən yaradır. IPO yeni yerli və əcnəbi şirkətlərlə də əməkdaşlığa təkan verir.
  • Likvidlik. IPO emitentə şirkətin qiymətli kağızlarının asanlıqla fond birjası üzərindən alınıb satılmasına səbəb olur. Bu isə öz növəsində şirkətin bazar dəyərinin yüksəlməsinə müsbət təsirini göstərir.

Təbii ki, bu siyahını daha da uzada bilərik. Amma gələk ölkəmzidə keçirilən IPO-lara. Dünya təcrübəsində adi hal almış İlkin Kütləvi Təkliflər ölkəmizdə necə keçirilir?

Azərbaycanda IPO subyekti hansılardır və hansı şirkətlər IPO keçirə bilər?

Ölkəmizdə hazırda IPO-nu tənzimləyən xüsusi bir müddəa olmasa da, bütün prosedur Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Qiymətli kağızlar bazarına dair Qanun, Bakı Fond Birjası, listing, reyestr, qiymətli kağızların alqı-satqısının təşkili və digər normativ aktları tənzimləyən qaydalarla müəyyən olunur.

Qanunvericiliyə əsasən, yalnız Açıq Səhmdar Cəmiyyətləri IPO həyata keçirə bilər. Səbəb isə ondan ibarətdir ki, IPO-dan sonra səhmdarlar öz hissə paylarını digər səhmdarların məlumatı və təsdiqi olmadan, asanlıqla uzaqlaşdıra və sata bilmə hüququna malik olmalıdır.

Ümumilikdə ASC-lər həm səhm, həm də istiqrazlarını fond bazarında satışa çıxara bildiyi halda, QSC və MMC-lər isə yalnız istiqrazlarını investorlara təklif edə bilər.

Hazırda ölkədə gözlənilən ən böyük IPO, iyul-senyabr aylarında abunə yazılışı həyata keçirilən Azərbaycan Beynəlxalq Bankıdır (ABB). Yerləşdirmənin Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə keçiriləcəyi gözlənilir.

Rəqabətli hərrac üsuludan sonra əsasən şirkətin bir səhminin dəyəri bazar tələbinə uyğun olaraq açıqlanandan daha yüksək qiymətə ticarət olunur.

IPO-da kimlər, hansı şərtlərlə iştirak edə bilər?

İstər dövlət, istərsə də özəl şirkətlərin İlkin Kütləvi Təklifində fiziki və hüquqi şəxslər heç bir məhdudiyyət olmadan iştirak edə bilərlər.

İlkin Kütləvi Yerləşdirmə(IPO) prosesi necə keçirilir və IPO-nun hansı mərhələləri var?

İlkin Kütləvi Yerləşdirmə (IPO) olduqca böyük resurs tələb edən bir prosesdir desək yanılmarıq. Ümumilikdə özündə 5 mərhələni ehtiva edən prosesə hazırlıq bir neçə aydan bir ilədək davam edə bilər.

  • IPO keçirmək qərarına gəlmək. IPO komandasını yaratmaq. Yoxlama.
  • Şirkətin sağlamlaşdırılması. IPO üçün hazırlıq.
  • Emissiya və dövlət qeydiyyatı. Emissiya prospekti.
  • Listinq.
  • Hərrac.

İlkin IPO keçirmək qərarı qəbul edildikdən sonra, ilk mərhələ yekunlaşmır. Belə ki, buna əmin olduqdan sonra şirkətin müxtəlif istiqamətlər üzrə buna hazır olub, olmadığı yoxlanılmalıdır. IPO baş tutmasına maneə yarada biləcək bütün əksikliklər aradan qaldırılmalı və ya bərpa edilməlidir. Şirkətin informasiya şəffaflığı, idarə etmə sturukturu, aktivlər strukturu və maliyyə vəziyyəti kimi nüanslar diqqətlə yoxlanmalı, fond birjasının tələblərinə uyğun formada hazırlanmalıdır.

Daha sonra emitent şirkət Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi lisenziyasına sahib yerli investisiya şirkətlərindən biri ilə IPO-nun təşkili və keçirilməsi haqda əməkdaşlığa başlamalıdır.

Bütün bu sadalananların icrası üçün xüsusi IPO komandası yaratmaq işlərin düzgün və effektiv icrasına stimul verəcəkdir. İcraçı komandada müxtəlif sahələrin ekspertlərinin çıxış etməsi labüddür: investisiya və kapital bazarı üzrə peşəkar mütəxəssislər, hüquqi şirkətlər, audit, PR qurumlar.

Yuxarıda qeyd etdiyimiz bütün mərhələlərin düzgün icrasından sonra, öncədən razılaşdırılan investisiya şirkəti tərəfindən, şirkətin cari vəziyyəti IPO-ya uyğunluğu üzrə qiymətləndirilir. Müsbət rəylərdən sonra emitent investisiya şirkəti ilə birgə yeni, yəni ikinci mərhələyə keçid edir.

Hazırlıq mərhələsinə aşağıdakıları aid edə bilərik:

  • Maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun olaraq hazırlanması;
  • Hesabatların dəqiqliyinin təsdiqi üçün müstəqil auditorun cəlbi;
  • Qısa və uzun müddətli maliyyə planının, proqnozunun və büdcəsinin tərtibi;
  • Şirkətin rəsmi veb saytının yaradılması;
  • Önəmli struktur dəyişikliklər, maliyyə hesabatları və əhəmiyyətli yeniliklərin şirkətin saytında dərci;
  • Şirkətin uğurları haqqında mütəmmadi məlumatın hazırlanması;
  • Korporativ idarəetmə sistemində dəyişikliklərin icrası;
  • Şirkət strukturunun yenidən təşkili və təkmilləşdirilməsi;
  • Səhm kapitalının artması;
  • Qeyri-əsas aktivlərin şirkətdən çıxarılması.

Səhmlərin emissiyası Səhmdar Cəmiyyətlə qərarlaşdırıldığı zaman səhmin nominal dəyəri, ümumi həcmi, sayı və buraxılacaq səhmlərin tipi müəyyənləşdirilir. Bundan sonra emissiya prospekti hazırlanmağa başlanılır. Emissiya prospekti özündə emitent şirkətin maliyyə vəziyyəti və təyin etdiyi hüquqi tənzimləmələri ehtiva edir.

Hazırlanan emissiya prospekti səhmlərin buraxılışının dövlət qeydiyyatına alınması üçün digər zəruri sənədlərlə birlikdə maliyyə bazarlarına nəzarət Palatasına təqdim edilir. İmtina üçün heç bir əsaslı səbəb aşkarlanmadığı təqdirdə, Palata səhmləri dövlət reysterinə daxil edir və emissiya prospektini təsdiq edir.

Bununla da emintentin səhmləri artıq dövlət qeydiyyatına alınmış olur və Bakı Fond Birjasında ticarət üçün məqbul hesab edilir.

Bütün təsdiq prosesi yekunlaşdıqdan sonra, emissiya prospekti maliyyə bazarlarına nəzarət palatasının vahid informasiya mənbəyində, emitentin rəsmi internet saytında və Bakı Fond Birjsının saytında, ictimaiyyətə açıq formada dərc olunmalıdır.

İngilis dilindən “siyahıya alma” kimi tərcümə edilən “listing” - qiymətli kağızların tənzimlənən bazarlarda ticarətə buraxılmış maliyyə alətlərinin siyahısına əlavə edilməsini ifadə edir.

Ölkənin ilk və yeganə fond birjası olan BFB emitentlərə qiymətli kağızlarını ticarətə daxil edə bilmələri üçün müəyyən tələbləri qarşılama öhtəliyi qoyur. Listingə daxil olan şirkətlərin səhm və istiqrazları BFB-da asanlıqla alına və satıla bilər.

Sonuncu mərhələ isə hərracdır. Listingə uğurla alınmış qiymətli kağızların hərrac gününü gözlənilir. Bu tarix, listing qiyməti ilə birgə BFB-nin saytında hərracdan bir iş günü öncə öz əksini tapmalıdır.

IPO-nu uğurla başa vuran emitenetlər maliyyə bazarlarına nəzarət Palatasına yerləşdirmə haqda hesabat təqdim etməlidir. Palata hesabata müsbət rəy verdikdən sonra, cari hesab bağlanır və vəsait emitentin hesabına köçürülür.

Unicapital İnvestisiya Şirkəti ilə IPO-nun hansı üstünlükləri var?

Bakı Fond Birjasının ən uzun müddətli və ilk üzvü olan Unicapital İnvestisiya Şirkəti ilə IPO prosesinin həyata keçirilməsi sizə aşağıdakı üstünlükləri qazandıracaqdır:

  • Qanunvericiliyin tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanması;
  • Emissiya prospektinin və digər zəruri sənədlərin tərtibi;
  • Müvafiq qurumlarla rəsmi sənədləşmə prosesinin icrası;
  • Geniş investor bazasına əlçatanlığın təmini;
  • IPO uğurla yekunlaşdıqdan sonra hesabatın tərtibi və Palataya təqdim edilməsi.

IPO emitenet üçün hansı çətinliklər yarada bilər?

Doğru qərar və hesablama fonunda IPO şirkət üçün olduqca böyük mənfəət gətirə bilər. Lakin başda da qeyd etdiyimiz kimi, bu proses çox mərhələli və resurs tələb edən bir işdir.

İlk öncə, emitent şirkətin rəhbəri bütün qeyd olunan çox etaplı mərhələlərə hazırlıqlı olmalı və qarşıya çıxa biləcək maddi və fiziki resurs tələb edən problemləri nəzərə almalıdır. IPO keçirilən şirkət xeyrinə və ya zərərinə olmasından asılı olmayaraq, bütün maliyyə hesabatlarını rüblük və illik şəkildə ictimaiyyətə açıq formada paylaşmalıdır.

Sonda isə deyə bilərik ki, düzgün planlaşdırılmış və həyata keçirilmiş IPO, şirkətə gözlə görünəcək miqyasda böyümək və əlavə kapital cəlb etmək imkanı yaradan, sınanmış maliyyə proseslərindən biridir.

Ətraflı məlumat üçün sorğu göndərin

Thank You!

Your form has been succesufully send

IPO (Initial Public Offering) - İlkin Kütləvi Yerləşdirmə nədir və necə keçirilir?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

IPO (Initial Public Offering) - İlkin Kütləvi Yerləşdirmə nədir və necə keçirilir?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

IPO (Initial Public Offering) - İlkin Kütləvi Yerləşdirmə nədir və necə keçirilir?

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi