İnvestisiya nədir? İnvestor kimdir? Yatırım necə edilir?

İnvestisiya nədir? İnvestor kimdir? Yatırım necə edilir?

İnvestisiya kapitalın artırılması üçün ən səmərəli üsullardan biri hesab olunur. İnvestisiya fəaliyyəti nəinki maliyyə resurslarını qoruyub saxlamağa, həm də artırmağa imkan verir. Bəs sadə dillə izah etsək investisiya nədir? Bu, gələcəkdə gəlir əldə etmək məqsədilə səhm, istiqraz, daşınmaz əmlak, startaplar, kriprovalyuta, qızıl, neft kimi müxtəlif aktivlərə vəsaitin yatırımıdır. Bu prosesdə əsas rolu investor – yəni, vəsaitini hara və necə yönəltmək barədə qərar verən şəxs və ya şirkət oynayır.

Onu da qeyd etmək lazımdır ki, uğurlu investisiya bilik, strategiya və yarana biləcək risklərin hərtərəfli araşdırılmasını tələb edir. Hansı alətlərin sizin üçün uyğun olduğunu, kapitalın necə düzgün bölüşdürülməsini və diversifikasiyanın önəmini başa düşmək vacibdir. Bu bloqda investisiyaların nə olduğunu, kimlərin investor ola biləcəyini, necə yatırım etmək olar və nələrə investisiya etmək olar mövzularına toxunulacaq.

İnvestisiya nədir?


Gələcəkdə qazanc əldə etmək məqsədilə pul vəsaitlərinin və ya digər aktivlərin yatırımına investisiya deyilir. İnflyasiya səbəbindən dəyərini itirə biləcək adi pul yığımından fərqli olaraq, investisiyalar kapitalınızı zamanla artırmağa kömək edə bilər. İstər səhmlərə, istər qiymətli metallara və ya hər hansısa bir biznesə yatırım kimi geniş seçimlər mövcuddur.

Xüsusi vurğulamaq lazımdır ki, risksiz yatırım olmur, sadəcə risk dərəcələri mövcuddur. Seçiminiz daha stabil və aşağı riskli investisiya növü sayılan istiqrazlardan tutmuş, yuxarı riskli investisiya növü hesab edilən foreks bazarında ticarət ola bilər. Hansı risk səviyyəsinə üstünlük verilməsi isə investorun öz istək və məqsədlərindən asılıdır.

İnvestisiyalar qısamüddətli və uzunmüddətli ola bilər. Qısamüddətli investisiyalar bir neçə ay və ya il ərzində mənfəət təmin etmək üçün nəzərdə tutulmuşdur, uzunmüddətli investisiyalar isə onilliklər ərzində gəlir gətirə bilər. Məsələn, perspektivli şirkətlərin səhmlərinin uzun müddətlik alınması kapitalı əhəmiyyətli dərəcədə artıra bilər.

Uğurlu investisiyanın təməlinin araşdırma və analiz olduğunu başa düşmək vacibdir. Maliyyə bazarlarının işləmə prinsipini anlamaqla, həm vəsaitinizi qoruya, həm də artıra biləcəksiniz. Buna görə də, investisiya fəaliyyəti ilə məşğul olmaq üçün əvvəl mövcud vəziyyəti təhlil etmək və ona uyğun strategiya hazırlamaq önəmlidir.

Hansı investisiya növləri var? Nələrə yatırım etmək olar?


İnvestisiya obyektindən asılı olaraq bir neçə yatırım növlərini vurğulaya bilərik:

  • Səhmlər

Bir şirkətin səhmini almaq həmin şirkətdə pay sahibi olmaq və onun səhmdarına çevrilmək deməkdir. Biznes inkişaf edərsə, səhm qiyməti yüksəlir, bununla da investorun gəliri artır. Səhmlər ən gəlirli alətlərdən biri hesab olunur. Lakin burada orta səviyyəli riskin də olduğunu qeyd etmək lazımdır, çünki səhmlərin dəyəri həm yüksələ, həm də azala bilər. Səhmlər haqqında daha ətraflı məlumat üçün bura keçid edin.

  • İstiqrazlar

İstiqraz borc aləti hesab olunur. Bu qiymətli kağızlara yatırım etməklə siz əslində bir şirkətə və ya dövlətə borc pul verirsiniz. Onlar isə istiqrazların tədavül müddəti ərzində kupon ödənişləri həyata keçirmək, müddətin sonunda isə istiqrazın nominal dəyərini geri qaytarmaq öhdəliyini öz üzərlərinə götürürlər. İstiqrazlar səhmlərdən daha az risklidir və sabit gəlir əldə etmək istəyən mühafizəkar investorlar üçün uyğundur. İstiqrazlar barədə bütün suallarınıza burada cavab tapacaqsınız.

  • Daşınmaz əmlak

Daşınmaz əmlak investisiyası icarə gəliri əldə etmək və ya əmlakın dəyərini artırmaq məqsədilə yaşayış və ya kommersiya obyektinin, torpaq sahəsinin alınmasıdır. Daşınmaz əmlak etibarlı aktiv hesab olunur, lakin böyük miqdarda ilkin yatırım və idarə olunması üçün vaxt tələb edir.

  • Valyutalar və qiymətli metallar

Xarici valyutalara investisiya qoymaq kapitalı inflyasiyadan və iqtisadi qeyri-sabitlikdən qorumağa kömək edir. Lakin bu cür aktivlər passiv gəlir mənbəyi hesab olunmur, çünki onların dəyəri bazardakı dalğalanmalardan (volatillikdən) asılıdır. Qızıl, gümüş kimi qiymətli metallar iqtisadiyyatın stabil dönəmlərində yüksək gəlir gətirməsə də, böhran zamanı onların dəyəri, adətən, yüksəlir.

Foreks ticarəti ilə maraqlananlar www.uforex.az saytına keçid edə bilərlər.

  • Alternativ investisiyalar

Buraya kriptovalyutalara, incəsənətə, startaplara və ya vençur layihələrinə investisiyalar daxildir. Bu cür investisiyalar yüksək riskli sayılsalar da, eyni zamanda əhəmiyyətli mənfəət gətirə bilərlər.

İnvestisiya necə edilir (necə investisiya etmək olar)? İnvestisiya edərkən nələrə diqqət etmək lazımdır?


İnvestisiya strateji yanaşma və bir çox amillərə diqqət tələb edir. Belə ki, riskləri minimuma endirmək və uğur qazanmaq şansını artırmaq üçün bir neçə investisiya tövsiyəsinə riayət etmək vacibdir.

  • - Məqsədlərinizi müəyyənləşdirin

İnvestisiya fəaliyyətinə başlamazdan öncə özünüzə sual verin: Nə üçün investisiya edirəm? Bu sualın bir çox cavabı ola bilər: əlinizdə olan kapitalı artırmaq, passiv gəlir qazanmaq, daşınmaz əmlak almaq və ya sadəcə yığım məqsədi ilə. Məqsədinizi müəyyən etdikdən sonra sizə maksimum uyğun gələn investisiya alətini və investisiya müddətini seçmək daha asan olacaq.

  • - Risk səviyyəsinin qiymətləndirilməsi

Risklər investisiyanın ayrılmaz hissəsidir. Lakin burada müxtəlif risk dərəcələri mövcuddur. Məsələn, səhmlər yüksək gəlir gətirə bilər, lakin onların qiymətində yüksək dəyişkənlik müşahidə oluna bilər. İstiqrazlar isə daha sabit, lakin nisbətən daha az gəlirliliyə malikdirlər. Hansı risk səviyyəsinin sizə uyğun olduğunu müəyyənləşdirib, alətləri ona uyğun seçməyiniz tövsiyə olunur.

  • - Alətləri və bazarı başa düşmək

Yatırım etməzdən əvvəl seçdiyiniz alətin necə işlədiyini anlamaq lazımdır. Məsələn, səhm qiymətlərinə nəyin təsir etdiyini, istiqraz gəlirlərinin necə hesablandığını və ya valyuta bazarının necə işlədiyini öyrənin. Bu sizə daha məlumatlı qərarlar qəbul etməyə kömək edəcək.

  • - Portfelin diversifikasiyası

Uğurlu investisiyanın əsas prinsiplərindən biri də diversifikasiyadır. Ümumi riski azaltmaq üçün pulunuzu müxtəlif aktivlərə (səhmlər, istiqrazlar, kriptovalyutaya və sair.) yönəltmək məqsədəuyğundur. Diversifikasiya edilmiş portfel, hər hansı bir bazarda qeyri-sabitlik baş verdikdə itkiləri minimuma endirməyə kömək edə bilər.

  • - Emosional qərar qəbul etməyin

Bazarlarda tez-tez dalğalanmalar baş verir və aktivlərin dəyəri həm yüksələ, həm də düşə bilər. Təlaşa düşməmək və tələsik qərarlar qəbul etməmək vacibdir. Strategiyanıza və təhlilinizə etibar edin.

  • - Portfelinizə mütəmadi olaraq nəzarət edin

Bazar şərtləri və şəxsi istək və məqsədləriniz dəyişə bilər. Portfelinizi vaxtaşırı nəzərdən keçirin və lazım olduqda düzəlişlər edin.

İnvestor kimdir və ya investor nə deməkdir?

“Yatırım necə edilir?” sualına cavab tapdıqdan sonra, bir az da investorlar haqqında danışaq.

İnvestor, gəlir əldə etmək və ya müəyyən maliyyə hədəflərinə çatmaq məqsədilə öz vəsaitlərini müxtəlif aktivlərə yatıran şəxs və ya təşkilatdır. İnvestorlar banklar, fondlar və ya korporasiyalar kimi böyük təşkilatlar və ya vəsaitlərini artırmaq istəyən fərdi şəxslər ola bilər. Burada əsas məsələ kapitalın düzgün yönləndirilməsi və idarə edilməsidir.

İnvestorlar nə edir?


İnvestorlar bazarı təhlil edir, uyğun aktivləri seçir və investisiya portfelini formalaşdırır. Onlar səhmlər və ETF-lərə, istiqrazlara, neftə, qiymətli metallara və kriptovalyutalara investisiya edə və ya valyuta bazarında ticarət edə bilərlər. Strategiyadan asılı olaraq, investor aktiv (məsələn, aktivləri tez-tez alıb-satan treyderlər) və ya passiv (məsələn, uzunmüddətli layihələrə investisiya yatıran və portfelini nadir hallarda dəyişənlər) ola bilər. Bundan əlavə, investorlar daim bazardakı dəyişiklikləri izləyir, iqtisadi tendensiyaları öyrənir, şirkətlərin maliyyə hesabatlarını təhlil edir və məlumatlar əsasında qərarlar qəbul edirlər. Onların məqsədi riskləri minimuma endirərək gəlirləri maksimuma çatdırmaqdır.

Necə investor olmaq olar?


İnvestisiya sahəsinə ilk addımı atmazdan öncə məqsədinizi, bacarıq və imkanlarınızı müəyyən edin. Daha sonra bazarı və yatırım alətlərini araşdırın. Bu yatırım tövsiyələri əsaslı qərarlar qəbul etməyə və bir çoxlarının yol verdiyi ümumi səhvlərdən qaçmağa kömək edəcək. Onu da qeyd etmək lazımdır ki, investisiyaya böyük vəsaitlərnən başlamağa ehtiyac yoxdur – kiçik məbləğlərlə başlayın və bazarı tanıyın. Hansı növ investor olmaq istədiyinizə qərar verin: aktiv və ya passiv. Aktiv investorlar birjada aktiv şəkildə ticarət edir, passiv investorlar isə uzunmüddətli investisiyalara üstünlük verirlər. Həmçinin investor olmaq istəyənlər peşəkarlara müraciət edə, onlardan konsultasiya ala bilərlər. Ən əsası isə utunmayın ki, investisiya uzunmüddətli prosesdir. Ani nəticələr gözləməyin və bazar dalğalananda emosional davranmayın.

Unicapital İnvestisiya Şirkətinin yatırım üçün investorlara təklif etdiyi investisiya xidmətləri


Azərbaycanda investisiya etmək üçün seçimlər getdikcə artır. Artıq investisiya təkcə böyük şirkətlər üçün deyil, hər kəs üçün əlçatandır. Ölkəmizin aparıcı investisiya şirkətlərindən biri olan Unicapital müştərilərinə UForex, UTrader, Yerli bazarda investisiya, Portfel idarəçiliyi və anderraytinq kimi xidmətlər təklif edir.

UForex-lə real vaxt rejimində “MT4” platforması üzərindən qızıl, gümüş, neft, valyuta cütlükləri kimi maliyyə alətləri ilə qlobal bazarlarda ticarət edib, qazanc əldə etmək mümkündür.

UTrader vasitəsilə xarici səhm və ETF-lər, kriptovalyutalara investisiya etmək olar.

Unicapital, həmçinin yerli bazarda investisiya edib, lokal şirkətlərin səhm və istiqrazlarına sahib olmaq imkanı təqdim edir.

Zamanınızı bazar hərəkətlərini izləyib analiz etməyə sərf etmək istəmirsinizsə, sizin üçün ən uğurlu həll yolu “Portfel idarəçiliyi” xidmətidir.

Bütün bunlarla yanaşı, korporativ müştərilərimizə bizneslərini genişləndirmələri üçün anderraytinq xidmətləri göstərərək, əlavə vəsait cəlb etmə imkanları yaradırıq. Bu xidmət haqqında daha ətraflı məlumat almaq üçün daha öncə paylaşdığımız “Anderraytinq (Underwriting) xidməti nədir? İnvestisiya şirkəti anderrayter kimi” bloqunu oxuya bilərsiniz.

Kapital formalaşdırmaq, passiv gəlir əldə etmək və ya əmanətləri inflyasiyadan qorumaq – məqsədinizin nə olmasından asılı olmayaraq, investisiya maliyyə hədəflərinizə nail olmaq üçün güclü bir vasitədir. İnvestor sadəcə pulu olan şəxs deyil, öz resurslarını idarə etməyi, bazarı təhlil etməyi və əsaslandırılmış qərarlar qəbul etməyi bacaran şəxsdir. Hər kəs investisiya yatırmağa başlaya bilər: sadəcə məqsədləri müəyyənləşdirmək, investisiyanın əsaslarını öyrənmək və düzgün strategiya seçmək kifayətdir. Unutmayın ki, uğur səbr, nizam-intizam və öyrənmək istəyi ilə gəlir.

Ətraflı məlumat üçün sorğu göndərin

Təşəkkürlər

Sorğunuz uğurla göndərildi

İnvestisiya nədir? İnvestor kimdir? Yatırım necə edilir?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

İnvestisiya nədir? İnvestor kimdir? Yatırım necə edilir?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya nədir? İnvestor kimdir? Yatırım necə edilir?

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.